Huquqaz.com

Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti

06.11.2023
2.168
Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti

Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident cənab İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi.

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv edib. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Bəziləri düşünürdülər ki, Azərbaycan 2020-ci il 10 noyabrda Üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və əksər ərazilərlə Şuşanın azad edilməsi maksimal hədd olacaq. Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə, əsasən, erməni havadarlarının tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı. Lakin Zəfərmizin məntiqi davamı olaraq 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Eləcə də, bu il 19-20 sentyabr tarixlərində Ordumuzun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu. Bununla da suverenliyimiz tam təmin olundu.

Şəhla Eminova -1 saylı məktəb liseyn müəllimi

 

 

Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir

2021-ci ilin sonu – 2022-ci ilin əvvəllərində Azərbaycanın qeyri-hökumət təşkilatları Laçın yolu üzərində etiraz aksiyasına başlayanda, müharibədən sonrakı dövrdə həmin ərazilərdə qalan Ermənistan silahlı qüvvələrinin qalıqlarının ardıcıl təxribatlarına Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görüləndə bəzi region ölkələri və Qərb dairələrinin məsələnin mahiyyətinə varmadan, heç bir araşdırma aparmadan verdikləri bəyanatlar Azərbaycana qarşı təzyiq cəhdindən başqa bir şey deyildi. Lakin bütün bunlar əbəs idi. Prezidentimizin dediyi kimi, heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz və belə də oldu!”.

23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Eləcə də, bu il 19-20 sentyabr tarixlərində Ordumuzun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu. Bununla da suverenliyimiz tam təmin olundu. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. 20 il bundan əvvəl Prezident cənab İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Belə də oldu! Azad edilmiş ərazilərə səfərləri ilə Prezident cənab İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. İnfrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellərin tikintisi davam etdirilir. Beləliklə, azad edilmiş torpaqlara həyat qayıdır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək.

Cəfərov Səməd – Zərdab rayon Otmanoba kənd sakini, Zərdab rayon Yaşıllaşdırma İdarəsinin rəisi

Şərhlər

Şərh yazılmayıb.