Huquqaz.com

20 -Oktyabr Zəngilan rayonunun erməni işgalından azad olunmasından 4 il kecir

18.10.2024
3.259
20 -Oktyabr Zəngilan rayonunun erməni  işgalından azad olunmasından 4 il kecir

20 -Oktyabr Zəngilan rayonunun erməni  işgalından azad olunmasından 4 il kecir.

Zəngilan şəhəri Azərbaycan Respublikasının cənub -qərbində, Ermənistan və İranla sərhəddə yerləşir. Bu qədim Azərbaycan torpagı XIX əsrin əvvəllərində aparılan inzibati bölgüyə əsasən Zəngəzur qəzasının bir hissəsi olaraq Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil olub. Sovet Rusiyasının Azərbaycanı işgal etməsindən sonra isə ermənilər bolşeviklərin köməyilə Zəngəzuru işgal etdilər. Nəticədə Zəngəzur bölünüb qəzanın yuxarı hissələri Ermənistana verilir, Lacın, Qubadlı və Zəngilan isə Azərbaycanın tərkibində qaldı.

Zəngilan rayonun ərazisi milli və dini-tarixi abidələrlə, faydalı qazıntılarla zəngindir. Eyni zamanda rayon ərazisi füsünkar gözəlilyə,əlverişli cografi mövqeyə və zəngin təbiətə malikdir. Birinci Qarabag müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları işgal olduqdan sonra Zəngilan əhalisi 67 gün mühasirədə qalarlaq ermənilərlə mübarizə aparır.1993 -cü il oktyabrın 30- da rayon işgal edilir. Bu mübarizədə Zəngilan 235 nəfər şəhid verdi, sag qalan əhali isə Araz cayını kecib İran İslam Respublikasının ərazisi ilə kecerək Azərbaycanın 43 rayonunda məskunlaşmışdı.

İşgal altında qaldıgı 27 -il ərzində Zəngilanın tarixi və dini abidələri erməni vandalizminin qurbanı olmuş sərvətləri talanmış,meşələri qırılmışdır. 2020 -ci il sentyabrın 27-də II Qarabag  müharibəsi başladı. Tezliklə müzəffər Ordumuz düşmən üzərində ugurlu qələbələr qazandı. Füzuli və Cəbrayılda qazanılan qələbələr Zəngilana da yol acdı. Ermənilərin kecilməz deyib öyündüyü səddlər , istehkamlar Azərbaycan ordusunun qarşısında əngəl ola bilmədi. Oktyabrın 18-də Zəngilan rayonunun azad olunması ugrunda əməliyyat başladı. Oktyabrın 20-də Ali Baş Komandan İlham Əliyev xalqa müracət edərək Zəngilan rayonunun Hacalı, Zərnəli ,Məmmədbəyli,Həkəri,Şərifan, Birinci Muganl kəndlərinin və Zəngilan şəhərinin azad olundugunu  azad etdi. Oktyabın 22-də Agbənd kəndinin azad olunması ilə Azərbaycan -İran  sərhəddi ordumuzun nəzarətinə kecdi.

İşgaldan azad olunmuş Zəngilan rayonu digər rayonlar kimi dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyev dəfələrlə Zəngilan rayonuna səfərlər etmiş,rayonda aparılan bərpa və quruculuq işlərinə nəzarət etmişdir. Elə “Böyük qayıdışın “ ilk addımı da Zəngilandan başladı. 2022- ci ilin iyulunda “Agıllı kənd” Layihəsi əsasında yenidən qurulan Agalı kəndinə məcburi köckünlərin qayıdışı böyük bayrama cevrildi.2022-ci ilin oktyabrında Zəngilanda tikilən Beynəlxalq Hava Limanının acılışında Azərbaycan və Türkiyə dövlət başcıları iştirak etdi.Rayonda quruculuq işləri bu gün də davam edir,yeni layihələr hazırlanır.Bu sevinci bizə yaşadan Azərbaycan ordusuna  və Ali Baş Komandana təşəkkür edirik.

Yaşasın Azərbaycan,Qarabag Azərbaycandır!

Zərdab rayon Qoruqbagı kənd tam orta məktəbinin tarix müəllimi-Elnarə İsgəndərova

 

 

 

Oktyabrın 20-si Zəngilan şəhəri günüdür.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyası  yolla işğaldan azad olunub və şanlı zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsində oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərini erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi qeyd olunub. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması,Vətən müharibəsində qazanmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

Zəngilan rayonu Ermənistan  və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatlarını ermənilər talayaraq xariçi dövlətlərə daşıyıb. Bir vaxtlar 29 oktyabr tarixi Azərbaycanın dilbər güşəsindən olan Zəngilan rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Vətən müharibəsində yeni tarix yazıb. İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ordumuz aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində 4 il əvvəl oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail olub. Zəngilan döyüşləri nəticəsində Azərbaycan silahlı qüvvələri tərəfindən Zəngilan şəhəri –rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

2020-ci il dekabrın 23-də isə Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaldıb. Prezident İlham Əliyev imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Günü kimi qeyd ediləcək.

 

Zərdab rayon Mərkəzi Kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri – Gülnaz Məmmədova.                                                                       

 

 

 

Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir.

44 günlük Vǝtǝn müharibǝsindǝ Azǝrbaycan tarixi ǝdalǝti bǝrpa edǝrǝk, 30 ilǝ yaxın işğal altında qalan torpaqları düşmǝn tapdığından azad etdi. Bu gün Zǝngilanın işğaldan azad olunmasından 4 il ötür. 29 oktyabr 1993-cü ildǝ Ermǝnistan silahlı qüvvǝlǝri  tǝrǝfindǝn işğal olunmuş rayon işğal olunmazdan ǝvvǝl ermǝni qüvvǝlǝri tǝrǝfindǝn tam olaraq mühasirǝyǝ alınmış vǝ on minlǝrlǝ insan hǝlak olmaq tǝhlükǝsi ilǝ üz-üzǝ qalmışdı. İşğal zamanı Ermǝnistan silahlı qüvvǝlǝri  tǝrǝfindǝn Zǝngilandakı abidǝlǝr, mǝdǝniyyǝt ocaqları, mǝscidlǝr, qǝbiristanlıqlar dağıdılıb, tǝhqir edilmişdir. Ümumiyyǝtlǝ, 30 ilǝ yaxın müddǝtdǝ işğal altında saxlanılan ǝrazilǝrimizdǝ yaşayış mǝntǝqǝlǝrinin ǝksǝriyyǝti, eyni zamanda hǝyat üçün zǝruri olan sosial-iqtisadi infrastruktukturları dağıdılmış,dini  abidǝlǝrimizǝ, ǝtraf mühitǝ ciddi ziyan dǝymişdi. Bu gün Zǝngilanda Azǝrbaycan bayrağı dalğalanır.

Azǝrbaycanın möhtǝşǝm qǝlǝbǝsiylǝ başa çatan Vǝtǝn Müharibǝsindǝn sonra ölkǝmizdǝ  yeni dövr başlamışdır. Dövlǝtimiz tǝrǝfindǝn işğaldan azad edilmiş ǝrazilǝrimizdǝ infrastruktur layihǝlǝr davamlı şǝkildǝ icra olunur. Planlı şǝkildǝ aparılan abadlıq-quruculuq işlǝri demǝyǝ ǝsas verir  ki, ermǝni vǝhşiliyinin qurbanı olan şǝhǝrlǝrimiz, qǝsǝbǝlǝrimiz vǝ kǝndlǝrimiz ǝvvǝlki görkǝmindǝn dǝ gözǝl görünüşǝ malik olacaqdır.  Qarşıda duran ǝsas vǝzifǝ işğaldan azad olunmuş torpaqlarımızın bǝrpası, quruculuq işlǝrinin başa çatdırılmasıdır.

Böyük qayıdış prosesinǝ mǝhz Zǝngilanda start verildi. Cari ilin 27 may tarixində Azǝrbaycan xalqının müstǝqillik günü ǝrǝfǝsindǝ Zǝngilan rayonunun Ağalı kǝndindǝ “Ağıllı kǝnd” layihǝsinin birinci mǝrhǝlǝsi  üzrǝ açılış mǝrasimi baş tutdu. Birinci mǝrhǝlǝdǝ Yeni Ağalı kǝndinǝ 41 ailǝ köçürüldü. Bu ailǝlǝr 29 il hǝsrǝtindǝ olduqları doğma ata-baba torpağına geri dönmǝnin  sevincini  yaşadı. Tǝsadüfi deyil ki, Ağalı kǝnd meydanında otuz ilǝ yaxın müddǝtdǝ işğal altında qalmış ǝzǝli torpaqlarımızda sülhün ǝbǝdi tǝmin olunmasını tǝcǝssüm etdirǝn göyǝrçin abidǝ-fǝvvarǝ kompleksi yaradılıb. Böyük rǝmzi mǝnası olan bu fǝvvarǝni  Ali Baş Komandanımız cǝnab İlham Əliyev işǝ saldı. Ağalı kǝnd meydanında “ASAN xidmǝti mǝrkǝz”, bank xidmǝti, Kiçik vǝ Orta Biznesin İnkişafı Mǝrkǝzi, poçt mǝntǝqǝsi, kafe, çayxana, ǝt kǝsimi  mǝntǝqǝsi vǝ digǝr xidmǝt sahǝlǝri fǝaliyyǝt göstǝrir.

Zərdab rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri – İlahə Əsədova

Şərhlər

Şərh yazılmayıb.