Huquqaz.com

Antiterror tədbirləri təhrik edən erməni təxribatları

21.09.2023
1.552
Antiterror tədbirləri təhrik edən erməni təxribatları

Antiterror tədbirləri təhrik edən erməni təxribatları

Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Münasibətləri gərginləşdirmək istəyən Ermənistan rəhbərliyi və onun havadarları atəşkəsi daim pozmaqla Azərbaycanı müəyyən mənada təhrik etmək istəyirlər. Bu iki dövlət arasında gedən sülh danışıqlarına ciddi zərbə deməkdir. Əsas məsələ bundan ibarətdir ki, sərhəd boyu yaşayış məntəqələri və dinc əhalinin təhlükəsizliyi təmin olunmalıdır. Azərbaycan ermənilərə adekvat cavab versə də, bu qaydaya ciddi əməl edir və ermənilərin yaşayış məntəqələrinə qətiyyən atəş açmır.

Təxribatların törədilməsinin digər səbəbinin Ermənistan ordusunda vəziyyətin çətinləşməsidir. Ermənistan ordusunda hərbi qulluqçularla könüllülər arasında münasibətlər yaxşı deyil. Erməni xalqı ölkələrində hərbçilərin perspektivini görmürlər. Onlar hökumətlərinin və xarici dövlətlərin siyasətinin qurbanına çevrilirlər. Sərhəd yaxınlığında yığılan erməni qoşunundakı əsgər və zabitlər aqibətlərini bilirlər. Onlar 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücünə şahid olublar. Eyni zamanda, sosial problemlər, psixoloji faktorlar səbəbindən hərbçilər Ermənistan ordusunda vuruşmaq istəmirlər. Belə ki, onlar hərbidən tərxis olunub, başqa yerdə daha müstəqil yaşaya bilərlər. Düşmən ordusunda vuruşan insanlara qarşı ciddi məhdudiyyət qoyulub və onlar buraxılmır. Getmək istəyən şəxslər həbsə məhkum edilir. Bir neçə gün əvvəl Ermənistanda kütləvi həbslərin başladığı xəbərləri ictimaiyyətə çatdırıldı. Həmin şəxslər arasında Ermənistan Müdafiə Nazirliyinin keçmiş vəzifəli əməkdaşları da vardı. Təcavüzkar ölkənin Baş naziri dövlətin bütün strukturlarına öz adamlarını yerləşdirmək istəyir. Əmrlərinə tabe olmayan adamlar isə müəyyən bəhanələrlə həbs olunur. Nikol Paşinyanın “dövləti təmizləmək” siyasəti son günlər daha da sürətlə davam edir.

Ermənistan Azərbaycan Ordusunun gücünü unudur. Onlara xatırlatmaq lazımdır ki, “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var”.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-şaq bağçasının müdiri

 

 

 Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur.

Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və  mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilmişdir.

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Ermənistan  Azərbaycan ordusunun gücünü ikinci dəfə görəcək.

Səbinə Məhəmmədli- Zərdab rayon Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyanata əsasən, Ermənistan Azərbaycan ərazisindən öz qoşunlarını çıxarmalı və sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinə başlamalı idi. Ermənistan öz öhdəliyinin bir hissəsini yerinə yetirdi – Ağdam, Laçın və Kəlbəcərdən qoşunlarını çıxardı. Ancaq Bəyanatın əsas hissəsini – Azərbaycan ərazisindən qoşunlarının tamamilə çıxarılması öhdəliyini yerinə yetirmədi.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.

Bu antiterror tədbirlərində Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirmişdir.Bununla bağlı eyniməzmunlu müraciətlər olunmuşdur. Qeyd etmək lazımdır ki,  Azərbaycanın suverenliyi və ərazi bütövlüyü hər bir ölkənin suverenliyi və ərazi bütövlüyü qədər vacibdir və Azərbaycan beynəlxalq hüquqda əks olunmuş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir. Müraciətlərdə beynəlxalq ictimaiyyətə Azərbaycanın antiterror tədbirlərini dəstəkləməyə, regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin olunması naminə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribatlardan çəkinməsi, normallaşma prosesi çərçivəsində məsuliyyətli davranması üçün Ermənistana təzyiq göstərməyə çağırış edilir. Bir sözlə,Azərbaycan mövqeyində və tələbində haqlıdır. Azərbaycanın qanunlarının aliliyi təmin olunmalıdır. 44 günlük Vətən müharibəsində olduğu kimi bu antiterror tədbirlərində də bütün xalq Cənab Prezident İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir, qəhrəman ordumuzun fəaliyyətini alqışlayır.                                                     

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Peşəkar Ordu

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.
Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyuldu. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra ordunun qüdrətli olmasına diqqət yönəltdi. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı.

Ulu öndər Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı, bu əlaqələri daha da səmərələşdirdi, səmimiləşdirdi. Bütün fəaliyyətində xalqa güvənən, xalqın etimadına arxalanan Ümummilli lider Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu xalqın bir hissəsi bilirdi və əmin idi ki, xalqın orduya belə münasibəti, xalqın ordunu qayğı ilə əhatələməsi ordunun inkişafı oldu.

Bu gün Ali Baş Komandan İlham Əliyev  Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Xalqın orduya doğma münasibəti, xalqın ordunu qayğı ilə əhatə etməsi daha da möhkəmlənib.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır.

Ermənistan hərbi qüvvələrinin təxribatının qarşısının alınması üçün həyata keçirilən əks-hücum zamanı pilotsuz uçuş aparatları, müasir silah və texnikaların səmərəli tətbiqi nəticəsində düşmənə güclü zərbələr vuruldu. Bu döyüşlər Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi. Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası ərazisində keçirdiyi Günnüt əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Mülkü şəxslərin qorunması

Müharibə aparan tərəflər  mülki əhali və mülki əmlakı qorumaq üçün mütləq mülki əhali və kombatantlar arasında fərq qoymalıdırlar. Kombatant – hərbi formada, əlində silah olan və hərbi əməliyyatlarda iştirak edən şəxsə deyilir. Kombatant olmayanlar deyildikdə isə əsasən  mülki şəxslər və sıradan çıxmış hərbi qulluqçular nəzərdə tutulur. Yəni müharibədə və ya hansısa hərbi əməliyyatlarda iştirak etməyən insanlar. Əsas məqsəd həmin insanları müdafiə etmək və onlarla humanist rəftarı təmin etməkdir. Ümumiyyətlə, mülki əhaliyə nə bütövlükdə, nə də fərdlər şəklində hücum edilə bilməz. Bu birmənalı olaraq beynəlxalq humanitar hüquqa ziddir. Hücumlar yalnız hərbi əməliyyatlarda iştirakçı olan hərbiçilərə və ya obyektlərə qarşı edilə bilər. Həddən artıq xəsarətə səbəb olan, lazımsız olaraq insanlara əbəs əzaba düçar edən, heç bir fərq qoymadan hücuma yol verən müharibə vasitə və ya metodlarının istifadəsi qadağandır. Təslim olan, əsir götürülən və artıq döyüşdə iştirak etməyən düşməni yaralamaq, ona hər hansı bir iztirabı yaşatmaq və ya öldürmək qadağandır. Hərbi əməliyyatlarda bu və digər səbəblərdən iştirak etməyən şəxslər öz həyatlarına, fiziki və mənəvi toxunulmazlıqlarına hörmətlə yanaşılması hüququna malikdirlər. Belə insanlar bütün hallarda müdafiə edilməli və onlarla humanizm prinsiplərinə uyğun rəftar edilməlidir.     Şərait imkan verən kimi xəstə və yaralıların axtarışı təmin olunmalı, onlar döyüş meydanından götürülməli və qayğı göstərilməlidir. Tibbi heyətə, tibbi obyektlərə, tibbi nəqliyyat vasitələri və avadanlıqlara təcavüz edilməməlidir. Onların müdafiəsi üçün ağ fonda qızıl xaç və qızıl aypara emblemlərindən istifadə olunur. Belə fərqləndirici nişanları daşıyan insanlara və obyektlərə hörmətlə yanaşılması tərəflərin öhdəliyidir.

Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.