Huquqaz.com

İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir

28.03.2023
2.242
İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir

Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.

Ölkəmizdə dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasətinin ilk mərhələsi hesab olunan ötən iki ili xarakterizə edən əsas xüsusiyyətlər:

Ötən iki ili “siyasi dialoq” məfhumunun aktuallaşdırılması mərhələsi kimi dəyərləndirmək olar. Ötən müddət siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi dövrü, siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi mərhələsi idi.

Qərəzli mövqelərdən çıxış edən tərəflər üçün ötən müddət səhvləri etiraf etmək və siyasi fəaliyyətini yeni təmiz səhifədən başlamaq şansını bəxş edən, siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunması, siyasi sistemin sağlamlaşdırılması dövrü idi.

Ötən dövr sistemli islahatlara hazırlıq, habelə siyasi sistemin güclü və zəif tərəflərinin müəyyən olunması, regionda formalaşan yeni reallığa adaptasiya, “siyasi dialoq” məfhumunun demokratik siyasi mədəniyyətin ayrılmaz göstəricisinə çevrilməsi,siyasətdə xalqın və xarici qüvvələrin dostlarını bir-birindən ayırd etmək dövrü idi.

“Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər.

“Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.

İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir. Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir

Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını vermişlər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır.

Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır.

Dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət edir. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır.

Dialoq prosesi keyfiyyət etibarı ilə artıq yeni və fərqli müstəvidə inkişaf edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb. Belə ki, qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun “dialoq” məfhumunu siyasi aktorlar arasındakı münasibətlərin legitimliyini şərtləndirən əsas amillərdən birinə çevirib. Odur ki, sağlam dialoqu inkar edən qüvvələr siyasi münasibətlərdə irrasional tərəf kimi çıxış edir.

Siyasi dialoq fəlsəfəsinin transformasiyası. Ölkəmizdə təşviq olunan dialoq siyasətinin məzmunu dialoqu sadəcə siyasi dəyər kimi təşviq olunması formatından, dialoqu siyasətdə demokratik münasibətləri şərtləndirən işlək mexanizm kimi qəbul etdirmək formatına qədər transformasiyaya uğrayıb.

Siyasi sabitliyin qorunması və siyasi sistemin dayanıqlı inkişafı üçün təhdid yaradan önəmli amil. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır.

İnkişafında durğunluq dövrünü yaşayansiyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir.

Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri

 

Siyasi şərhlərdə qeyri-obyektivlik və qərəzlilik bilavasitə xarici qüvvələrinin marağına xidmət etməyinin təzahürüdür

Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir.“Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır.

Siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçan qüvvələr öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar.

Radikal müxalifətin tənqidi ritorikası emosionalvə spekulyativ xarakterli demaqogiyadır. Müxalifətin emosional və əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından ibarətdir. Rasionallıqvə konkretlikdən uzaq olan demaqogiyanın strateji hədəfi əldə olunmuş uğurlara “kölgə” salmaqdan ibarətdir.

Siyasi şərhlərdə qeyri-obyektivlik və qərəzlilik bilavasitə xarici qüvvələrinin marağına xidmət etməyinin təzahürüdür. Radikalların qərəzli siyasi ritorikasıməhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurlarının gözdən salınmasına fokuslanıb. Bu cür ritorika sağlam əməkdaşlığa çağırmır, bu cür ritorika cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir.

Dialoqu inkar edən radikalların tək amacı küçə etirazlarıdır. Bu cür yanaşma rasional, xüsusilə də peşəkar və demokratik sayıla bilməz.

“Siyasi partiyalar haqqında” yeni Qanun xarici qüvvələrinin maraqlarına xidmət edən radikalların “qara kabusudur”. Yeni Qanun siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə etməsi üçün əsaslı çətinlik yaradır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Siyasətdə etibarlı və davamlı münasibətlər mühitini təmin edən əsas amillərdən biri də dialoq prinsiplərinin bərqərar olunmasıdır

Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son bir neçə il ərzində müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada siyasi dialoqun şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir.

Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə zamanı çıxışında qeyd edib ki, “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.”, “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.”

Son zamanlar iqtidarın şahidi olduğumuz dialoq təşəbbüsləri siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin bərqərar olunmasına xidmət edir. Bu mənada heç də təsadüfi deyil ki, Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı ilə bağlı fərqli təşəbbüslərin artım dinamikası müşahidə olunur. Hökumətin təşəbbüsü ilə cərəyan edən proseslər bilavasitə demokratik ənənələrin formalaşmasının təzahürüdür. Siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.

Bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri mütəmadi olaraq davam edir. Ölkənin ayrı-ayrı siyasi partiyalarının rəhbərləri ilə keçirilən görüşlərdə bir çox məsələlər müzakirə edilir.

Belə ki, görüşlər zamanı Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə və Zəfər paradı, müharibə zamanı tətbiq olunan yeni hərbi strategiyanın xüsusiyyətləri, xalq-dövlət-ordu birliyi, yeni yaradılmış “YAŞAT” Fondunun əhəmiyyəti və bu müstəvidə qazilərə, habelə şəhid ailələrinə göstəriləcək yardımlar, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, Azərbaycanın artan geosiyasi statusu, Türkiyənin dəstəyi və ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin perspektivləri, milli həmrəylik mühitinin qorunmasında siyasi partiyaların rolu, COVID-19 pandemiyasına qarşı mübarizədə cəmiyyət arasında sosial məsuliyyət hissinin aşılanmasında maarifçilik işinin birgə təşkili kimi aktual mövzular müzakirə edilib.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

“Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil

Ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar sözügedən proseslərdə fəal iştirak etməli, milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri tədbirləri görməlidirlər. Görüşlər və gündəlik fəaliyyət dövründə iqtidarla siyasi partiyalar arasında gələcək fəaliyyətin səmərəliliyi naminə yaranmış qarşılıqlı əlaqələrin dərinləşməsində tərəflər maraqlıdırlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var”.

Beləki, ölkə rəhbəri bütün siyasi qüvvələri açıq və demokratik rəqabətə çağırıb. “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər.

Qeyd edilməlidir ki, “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.

Siyasi dialoqu, onun əhəmiyyətini bir çox partiya rəhbərləri də qeyd edərək, Ölkədə milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, habelə sağlam dialoq mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə hər zaman iştirak etməyə hazır olduqlarını bildirirlər.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 


Siyasi dialoq bütün səviyyələrdə zəruridir

Demokratik cəmiyyətlərdə məsələlərə fərqli baxış , fərqli yanaşma və fərqli dəyərləndirmə siyasi qütblər arasında gedən mübarizənin əsas atributlarıdır. Fərqli mövqelər arasında ziddiyyətlərin mövcudluğu da təbii hesab olunur və bu ziddiyyətlərin aradan qaldırılması tarixi təcrübə əsasında formalaşmış siyasi dialoq vasitəsilə həyata keçirilir.

Təcrübə göstərir ki, siyasi dialoq bütün səviyyələrdə zəruridir. Partiyadaxili münasibətlərdə dialoq mühiti bir partiyanın bütün üzvləri tərəfindən vahid ideologiyanın, vahid fəaliyyət istiqamətinin və platformasının yaradılmasını təmin edir və belə bir partiya rəqabət meydanında daha güclü olur. Bir qədər geniş miqyasda – partiyalar arası münasibətlərdə siyasi dialoq mühitinin doğurduğu konstruktivizm daha çox siyasi fikir mərkəzlərinin bu və ya digər məsələ ətrafında vahid mövqeyinin formalaşmasını təmin edir və beləliklə konsensus yolu ilə birləşmiş siyasi güc mərkəzi formalaşır. Eyni məntiqlə bir ölkə çərçivəsində bütün siyasi partiyaların siyasi dialoq vasitəsilə bu və ya digər məsələdə konsensus əldə edə bilməsi həmin partiyaların fəaliyyətdə olduğu dövlətin özünü gücləndirən, onun rəqabət qabiliyyətini artıran mühüm bir zərurətə çevrilir. Bu tezisin əyani təsdiqi üçün Azərbaycanın siyasi həyatından ən yeni bir nümunəni xatırlatmaq istərdim. 2-ci Qarabağ müharibəsi ərəfəsində ölkədə formalaşmış pozitiv siyasi dialoq mühitində müxtəlif yönümlü siyasi qüvvələr arasında konsensusun əldə edilməsi 44 günlük müharibədə şanlı qələbəmizi şərtləndirən əsas amillərdən biri oldu.

Vətən müharibəsində tarixi Zəfərdən sonra ölkədə formalaşmış siyasi konfiqurasiya, yeni siyasi dialoq mühiti və dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşməsi üçün siyasi partiyalar haqqında yeni qanunun hazırlanmasını zəruri etmişdi. Çünki 1992-ci ildə qəbul olunmuş qanun günün tələblərinə cavab vermirdi. Bunun məntiqi nəticəsi olaraq, bir neçə ay əvvəl parlamentdə təmsil olunan bütün siyasi partiyalar Milli Məclisin rəhbərliyinə müraciət edərək siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlanmasını təklif etdilər. Ötən dövrdə yeni qanun hazırlanaraq ərsəyə gətirildi, ölkədə fəaliyyət göstərən siyasi partiyalara qanunla bağlı təkliflər vermələri tövsiyə edildi, 47 partiya sənədlə bağlı öz təkliflərini verdi. Yeni qanun layihəsi ilə bağlı parlamentdə ictimai dinləmələrin keçirilməsi də bu yöndə müsbət addım oldu.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

Hazırda Azərbaycanda belə geniş dairəni əhatə edən siyasi dialoq mühitinin formalaşması prosesi gedir

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların təzahürü olaraq cəmiyyətimizdə yeni siyasi konfiqurasiya formalaşıb. Yeni siyasi konfiqurasiya siyasi partiyalar arasında yeni münasibətləri, dialoq mühitinin inkişafını özündə ehtiva edir. Məhz bu səbəbdəndir ki, bir çox məsələlərdə siyasi partiyalar konstruktiv əməkdaşlıq edirlər. Bu islahatların nəticəsidir ki, Milli Məclisin rəhbərliyində, eləcə də komitə sədr və müavinləri arasında siyasi partiyaların, o cümlədən müxalifət partiyalarının nümayəndələri təmsil olunurlar. Bu fakt həm də, ölkəmizdə siyasi dialoqun inkişafının nümunəsidir. Eyni zamanda, son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması da məmnunluq doğuran amillər sırasındadır.

Hazırda Azərbaycanda belə geniş dairəni əhatə edən siyasi dialoq mühitinin formalaşması prosesi gedir və son zamanlar müəyyən uğurların əldə olunması da faktdır. Ölkə Başçısı tərəfindən dövlət quruculuğu sahəsində aparılan davamlı islahatlar, o cümlədən son illərdə Prezident Administrasiyasında yaradılmış siyasi partiyalarla və qanunvericilik orqanları ilə münasibətləri tənzimləyən şöbənin uğurlu fəaliyyəti siyasi dialoq mühitinin inkişafına dinamizm gətirib və ictimai-sosial mühitdə pozitiv dəyişikliklərə təkan verib.

Yeni dünya nizamının gətirdiyi yeniliklərlə ayaqlaşmaq istiqamətində vaxtla yarışarkən, zamanın nəbzini tutaraq yeni reallıqlar yaratmaq və dünyanın qlobal çağırışlarına adekvat cavab vermək, demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlı olmaq kimi dəyərlər Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir. Bu gün Azərbaycan dövlətinin bir neçə meyar üzrə – mahiyyət, kəmiyyət və keyfiyyət baxımından gördüyü işlər, sadəcə, yerli və regional kontekstdə deyil, qlobal və ümumbəşəri anlamda da tarixdə iz qoyan işlərdir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Demokratik cəmiyyətdə siyasi dialoq zərurəti

Demokratik cəmiyyətlərdə məsələlərə fərqli baxış, fərqli yanaşma və fərqli dəyərləndirmə siyasi qütblər arasında gedən mübarizənin əsas atributlarıdır. Fərqli mövqelər arasında ziddiyyətlərin mövcudluğu da təbii hesab olunur və bu ziddiyyətlərin aradan qaldırılması tarixi təcrübə əsasında formalaşmış siyasi dialoq vasitəsilə həyata keçirilir.

Siyasi dialoq ən azı iki və əsasən daha çox ideologiya daşıyıcıları arasında mümkün olan qarşılıqlı müzakirə, debat, məşvərət və s kimi xarakterizə olunan sosial-siyasi bir mühitdir. Dialoqun tərəfləri vahid sosial məkanda fərqli və bir çox hallarda daban-dabana zidd olan ideologiya və maraqların təmsilçiləridir.

Siyasi dialoqun başlıca məqsədi konsensusun əldə edilməsidir. Amma konsensusun əldə edilməməsi də heç bir halda dialoq zərurətini sıfırlaşdırmır, əksinə daha çox və daha intensiv dialoqa ehtiyac olduğunu göstərir. Beləliklə, siyasi partiyalar arasında dialoq siyasi rəhbərin istəyi, tələbi və arzusu olmaqdan daha çox, bütövlükdə demokratik siyasi sistemin funksioanl xüsusiyyətidir və buna görə də müasir cəmiyyətdə dialoqsuz və ya dialoqdan kənarda siyasi fəaliyyət sadəcə mövcud və mümkün deyil.

Təcrübə göstərir ki, siyasi dialoq bütün səviyyələrdə zəruridir.  Partiyadaxili münasibətlərdə dialoq mühiti bir partiyanın bütün üzvləri tərəfindən vahid ideologiyanın, vahid fəaliyyət istiqamətinin və platformasının yaradılmasını təmin edir və belə bir partiya rəqabət meydanında daha güclü olur. Bir qədər geniş miqyasda – partiyalar arası münasibətlərdə siyasi dialoq mühitinin doğurduğu konstruktivizm daha çox siyasi fikir mərkəzlərinin bu və ya digər məsələ ətrafında vahid mövqeyinin formalaşmasını təmin edir və beləliklə konsensus yolu ilə birləşmiş siyasi güc mərkəzi formalaşır. Eyni məntiqlə bir ölkə çərçivəsində bütün siyasi partiyaların siyasi dialoq vasitəsilə bu və ya digər məsələdə konsensus əldə edə bilməsi həmin partiyaların fəaliyyətdə olduğu dövlətin özünü gücləndirən, onun rəqabət qabiliyyətini artıran mühüm bir zərurətə çevrilir. Bu tezisin əyani təsdiqi üçün Azərbaycanın siyasi həyatından ən yeni bir nümunəni xatırlatmaq istərdim. 2-ci Qarabağ müharibəsi ərəfəsində ölkədə formalaşmış pozitiv siyasi dialoq mühitində müxtəlif yönümlü siyasi qüvvələr arasında konsensusun əldə edilməsi 44 günlük müharibədə şanlı qələbəmizi şərtləndirən əsas amillərdən biri oldu. Təəssüf ki, 1-ci Qarabağ müharibəsi illərində cəmiyyətdə və ilk növbədə o zamankı siyasi qüvvələr arasında belə bir konsensusun əldə olunması mümkün olmadı və məlum faciəvi nəticə qaçılmaz oldu.

Yuxarıda təsvir etdiyim siyasi dialoq paradiqmasının dövlətlər arası münasibətlərə ekstrapolyasiya edilməsi ortaq yanaşma əsasında güclü regional birliklərin meydana çıxmasına və beynəlxalq siyasət müstəvisində konsolidə olunmuş daha böyük güc mərkəzi kimi çıxış etməklə ayrı-ayrı regionların rəqabət qabiliyyətinin artmasına şərait yaradır. Bunun da müasir dövrümüzdə ən bariz nümunəsi daim təkmilləşməkdə olan Avropa Birliyi hesab oluna bilər. Bu günkü Avropa Birliyi məhz antaqonist güclər arasında siyasi dialoq fenomeninin məhsuludur.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çoxpartiyalı siyasi sistemə əsaslanan dövlət quruculuğuna başlayıb

Beləliklə, siyasi dialoq hər bir dövlətin dayaqlarının möhkəmləndirilməsi və beynəlxalq siyasi rəqabət meydanında daha uğurlu ola bilməsinin əsas şərtlərindəndir. Bu zərurətin siyasi fəaliyyətin bütün iştirakçıları tərəfindən dərk edilməsi bütövlükdə ölkənin siyasi mühitini daha işlək və daha intensiv fəaliyyət meydanına çevirir.

Bütün bunlar siyasi dialoq anlayışının nəzəri tərəfləridir. Məsələnin praktik tərəfinə gəldikdə, biz Azərbaycanda siyasi dialoq mühitinin formalaşmasının keçdiyi  yolu təhlil etməklə  bu gün hansı mərhələdə olduğumuzu  dəyərləndirməli və gələcək dövrdə siyasi dialoq mədəniyyətinin inkişaf etdirilməsi üçün müvafiq yol, üsul və vasitələri müəyyənləşdirməliyik.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çoxpartiyalı siyasi sistemə əsaslanan dövlət quruculuğuna başlayıb. Hazırda ölkədə 50-dən çox siyasi partiya, 4000-dən çox GHT və İctimai Birliklər fəaliyyət göstərir. Bəzi partiya rəhbərlərinin düşündüyü kimi, ölkədə siyasi mühitin üzvləri təkcə siyasi partiyalar deyil.  GHT-lər və İctimai Birliklər də öz növbəsində siyasi fəaliyyətin iştirakçılarıdır və onların da bir çox məsələlərdə fərqli mövqeləri və baxışları var. Bir qayda olaraq GHT və İB-lər dialoqa daha meylli qurumlar kimi tanınır və ona görə də bu qurumların fəaliyyəti dialoq mühitinin formalaşmasında pozitiv komponent kimi qiymətləndirilməlidir.

Siaysi dialoqun iştiarakçılıq dairəsi sadəcə sadaladığım qurumlarla da məhdudlaşmır. Kütləvi informasiya vasitələri də birbaşa olmasa da dolayısı ilə siyasi dialoqun passiv iştirakçıları qismində çıxış edirlər və onların göstərdiyi fəaliyyət də fərqli siyasi baxışların daha geniş müzakirə auditoriyasına çıxarılmasında və dəyərləndilməsində önəmli rol oynayır.

Hazırda Azərbaycanda belə geniş dairəni əhatə edən siyasi dialoq mühitinin formalaşması prosesi gedir və son zamanlar müəyyən uğurların əldə olunması da faktdır. Ölkə Başçısı tərəfindən dövlət quruculuğu sahəsində aparılan davamlı islahatlar, o cümlədən son illərdə Prezident Administrasiyasında yaradılmış siyasi partiyalarla və qanunvericilik orqanları ilə münasibətləri tənzimləyən şöbənin uğurlu fəaliyyəti siyasi dialoq mühitinin inkişafına dinamizm gətirib və  ictimai-sosial mühitdə pozitiv dəyişikliklərə təkan verib.

Rəmzi Şirinov-Dəkkəoba kənd sakini, fəal gənc

 

 

Tək parlament çərçivəsində siyasi dialoq mədəniyyətinin təşəkkül tapması kifayət deyil

Milli Məclisin açılış iclasında çıxış edərkən Az Prezidenti İlham Əliyev bildirmişdi ki, “…Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır, … siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz… Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.” Dövlət başçısının tövsiyyələri tezliklə MM-in yeni strukturunun formalaşmasında öz əksini tapdı və hazırda parlamentdə təmsil olunan bütün siyasi qüvvələrin konstruktiv dialoq mühitində fəaliyyət göstərdiyini müşahidə edirik.

Lakin tək parlament çərçivəsində siyasi dialoq mədəniyyətinin təşəkkül tapması kifayət deyil. Unutmaq olmaz ki, müstəqilliyimizin bərpa olunması ilə Azərbaycan özündən qat-qat güclü və zəif dövlətlərin də mövcud olduğu kəskin bir beynəlxalq siyasi rəqabət meydanına daxil olub. Bu rəqabətdə dövlətimizin gücü əhəmiyyətli dərəcədə daxili ictimai-siyasi sabitlikdən asılıdır. Bu sabitliyin əldə olunması isə həm parlamentdaxili, həm də parlamentdən kənar bütün siyasi qüvvələrin qarşılıqlı fəaliyyətindən asılıdır. Məhz belə geniş bir çərçivədə konsolidasiya ölkəmizin beynəlxalq siyasət müstəvisində də gücünü artırır.

Bir sıra post-sovet və Yaxın Şərq ölkələrinin misalında biz daxili qeyri-sabitliyin acı nəticələrini aydın görə bilirik. 30 illik müstəlliyimiz müddətində Azərbaycan dövlət rəhbərliyinin apardığı məqsədəyönlü siyasət ölkəmizi o cür acınacaqlı vəziyyətlərdən kənarda saxlaya bilib. Lakin beynəlxalq siyasətdə Azərbaycana qarşı rəqabət aparan qüvvələr daim bu sabitliyin pozulmasında və dövlətçiliyin zəiflədilməsində maraqlıdırlar və bu da təbiidir. Məhz bu səbəbdən ölkədaxili geniş siyasi dialoq milli təhlükəsizlik məsələsi kimi dərk olunmalıdır. Bu reallığın dərk olunması bütün ölkədaxili siyasi qüvvələri konsensus əldə olunmasına yönəltməli və istisnasız olaraq bütün siyasi partiyalar cəmiyyətdə demokratik inkişafın dərinləşməsi və bu əsasda dövlətimizin beynəlxalq birlikdə öz layiqli yerini tutması üçün siyasi dialoqa öz töhfəsini verməlidir. Müasir dövrdə demokratik cəmiyyətlərdə siyasi dialoqdan kənarda yer almaq siyasi intihar demək olardı.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.