Huquqaz.com

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir

25.06.2023
1.747
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir.

Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Hüquqi, demokratik dövlət quruculuğu ilə yanaşı Ulu Öndər eyni zamanda, Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alaraq iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkmiş, bu sahədə ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin yeraltı və yerüstü  ehtiyatlarından səmərəli istifadəni reallaşdırmışdır. Ümummilli Lider Heydər Əliyev ölkə daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan bəhrələnərək neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmişdir. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması buna bariz sübutdur.. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsinə dayanmışdır.

Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur.

Beləliklə, 1993-2003-cü illərdə ölkədə sosial, siyasi, iqtisadi, hüquqi sferada görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu.

Əlihüseyn Rəsullu- Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Müharibəyə son qoymuş Atəşkəs.

1994-cü ilin mayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyi dövlətləri parlamentlər arası məclisi işçi qruplarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə həsir olunmuş görüş keçirilmişdir. Müzakirələrdə tərəflər arası atəşin dayandırılması və danışıqlara başlamaq məsələsi müzakirə edilmişdir. İştirakçıların əksəriyyətinin imzası ilə təsdiqlənən yekun protokolunda atəşin bütün cəbhələrdə mayın 8-dən 9-a keçən gecədən dayandırılacağıtəsdiqlənmişdir. Bişkek protokoluna əsasən, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalı, əhali həmin yerlərə qaytarılmalı idi.Ümummilli Lider Heydər Əliyevin xalqa müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin Azərbaycana axını başlandı. Bu müraciət bütün ictimaiyyət tərəfindən dəstəkləndi, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. Hərbi uğursuzluqlarlaüzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu və 4 gün sonra – mayın 12-də o, qüvvəyə mindi.

Azərbaycan dövləti atəşkəsdən istifadə edib sülhə nail olmağa çalışırdı.

Bu səbəbdən 1994-cü ilin 18 iyunda Heydər Əliyev Türkiyəyə rəsmi səfərə getmişdir. Danışıqlarda Dağlıq Qarabağ problemi başlıca müzakirə məsələsi olmuşdur. Bundan sonra Azərbaycan prezidenti İran İslam Respublikasına, Səudiyyə Ərəbistanına rəsmi səfərlərə getmişdir. Bu səfərlərdə də Qarabağ məsələsi müzakirə edilmişdir. Hər üç dövlətin rəhbərləri Azərbaycanın haqlı mübarizəsini müdafiə edəcəklərini bəyan etmişlər. Azərbaycanın Qarabağ məsələsində qəti mövqeyi dünya ictimaiyyətinə bəlli olandan sonra Azərbaycana dünya dövlətlərinin marağı artmışdır.

Nağıyev Abbas- Zərdab rayon Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

İqtisadi müstəqilliyin təmin olunması strategiyası

Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu tarixi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində qısa müddət ərzində siyasi və iqtisadi sabitləşmə təmin edildi, Azərbaycan iqtisadiyyatının yenidən qurulması, dayanıqlı inkişaf mərhələsi başlandı.

Bundan sonra ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Milli Neft Strategiyası məharətlə həyata keçirilməyə başlandı

Keçən əsrin 90-cı illərinin ortalarından başlanmış demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur.

Uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır.

Pünhan İsbəndiyarlı-  Zərdab rayon Dəli Quşçu kənd sakini,  fəal gənc

Şərhlər

Şərh yazılmayıb.