Huquqaz.com

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır

14.06.2023
2.191
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya  bildirən bir mesajdır

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya  bildirən bir mesajdır

2021-ci il iyunun 15-də Azərbaycan tarixində əlamətdar bir hadisə baş verdi. Tariximizdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev  Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması oldu.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyənnaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqlikərini rəsmi şəkildə elan etdi. Azərbaycanın və Türkiyənin Rəhbərləri tərəfindən imzalanmış Şuşa Bəyənnaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Şuşa Bəyənnaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer olacağını beynəlxalq ictimayətin diqqətinə çatdırdı.

Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə imzalanmış Bəyannamə   bölgənin geosiyasi mənzərəsini dəyişəcək mühüm faktordur. Ən əsas məsələ bu Bəyənnamə region üçün yeni tarixi gerçəklik və Azərbaycan və Türkiyə qardaşlığının bütün dünyaya bildirən bir mesajdır.

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik  münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir

Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.
Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.

Bu tarixi Bəyannamə, eyni zamanda əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq, Şuşa və Şuşa ətrafının gözəl turizm məkanına çevirilməsinə təkan verəcək.

Digər tərəfdən, Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyətli iqtisadi layihələr ölkələrimizin beynəlxalq nüfuzunu artıracaq.

Hərbi əməkdaşlıq isə bu  Bəyannamənin strateji əhəmiyyətini artıran əsas amildir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Bundan sonra da ölkələrimiz biri-birinin təhlükəsizliyini təmin edəcək, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrətini artıracaqdır.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb.

Azərbaycan və Türkiyə dost, qardaş ölkədir və bizi eyni soy-kök, din, adət-ənənələr birləşdirir. Bu iki qardaş ölkə həmin yaxşı, həm dar gündə bir-birinin yanında olmuşlar. İkinci Qarabağ müharibəsi zamanı da bütün dünya bu birliyin, həmrəyliyin bir daha şahidi oldu. Müharibənin ilk günlərindən etibarən Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi və bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvə və dairələrin qarşısını aldı. Bu dəstək indi davam edir və hər zaman belə olacaq.

Dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib.

Hər iki ölkə üçün yaddaqalan hadisələrdən biri Şuşa Bəyannaməsinin imzalanması olmuşdur. Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bir sənəd oldu və bu, ölkələrimiz arasındakı tarixi münasibətlərə əsaslanır.

Bu Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ulu öndər Heydər Əliyevin XX əsrin sonlarında ifadə etdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı Azərbaycan və türk xalqlarının dilində əzbərə çevrilib. Şuşa Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasındakı qardaşlığın yeni tarixi mərhələsi, həmçinin Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.

Nurcahan Mürşüdova-Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə  malikdir.

Zəngəzur tarixi Azərbaycan torpağıdır .Zəngəzur Azərbaycan üçün təkcə Naxçıvana açılan qapı deyil, onun Azərbaycanın tarixində və milli kimliyində xüsusi yeri var. Hər şeydən əvvəl onu qeyd etməliyik ki, bu gün də Ermənistanın sərhədləri daxilində olan Zəngəzur vaxtilə müsəlman türk əhalisinin yaşadığı tarixi Azərbaycan torpağıdır.

Zəngəzurun taleyi 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən və sovet hökuməti quru­landan sonra dəyişməyə başladı. SSRİ rəhbərliyi əvvəlcə Zəngəzur adlanan rayonu bütünlüklə Ermənistana verməyi hədəfləsə də, sonradan sözügedən ərazini iki yerə böldü. Qərbi Zəngəzur Ermənistana verildi, Şərqi Zəngəzur isə Azərbaycanın tərkibində qaldı. Həmin vaxtdan Azərbaycan öz ərazisinin ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini itirdi.

Daha sonra Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünya tarixində qələbə qazandı və öz əzəli torpaqlarına qovuşdu.Bu gün  artıq Zəngəzur bizimdir və orada yaradılan Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malikdir. Bu, Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında nəqliyyat-logistika şəbəkəsini genişləndirəcək dəhlizin gələcəkdə regional ticarətə müsbət təsir göstərərək Cənubi Qafqazda iqtisadi əməkdaşlığın qurulmasında mühüm rol oynayacağını deməyə əsas verir.

Dəhliz Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran arasında dəmir yolu şəbəkəsinin genişləndirilməsi imkanını təmin edəcək və bir çox ticarət yolları açılacaq. Bu dəhliz  “Şərq–Qərb” , “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini və Xəzər Nəqliyyat Şəbəkəsini daha da gücləndirəcək. O, həmçinin Xəzərdən Avropaya qədər uzanan Neft və Qaz Boru Kəməri Sisteminin istisma­rını asanlaşdıracaq. Dəhlizin açılması Avropa İttifaqı, ABŞ, Rusiya və Çinin enerji təchizatı xətləri üçün mühüm rol oynayan regionun tranzit imkanlarını artıracaq.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır

İkinci Qarabağ müharibəsindən qalib çıxan Azərbaycan xalqı və dövləti həm geosiyasi, həm də geoiqtisadi məkanda özünün mövqeyini ortaya qoya bilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm regionda, həm də dünyada söz və mövqe sahibinə çevrilmiş və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.

Qalib Azərbaycanın yeni tarixində baş verən ən önəmli hadisələrdən biri Şuşa Bəyannaməsinin imzalanması olmuşdur.Bu bəyannamə bir sıra sahələrdə, xüsusilə iqtisadi sahədə öz inkişafını göstərir.

İqtisadi əməkdaşlıq sahəsində ən mühüm faktorlardan biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Bu, eyni zamanda, işğaldan azad edilən rayonların qısa müddət ərzində dirçəldilə biləcəyindən xəbər verir. Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var. Bu, Qarabağda Türkiyənin varlığı deməkdir.

Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var. Bu, Qarabağda Türkiyənin varlığı deməkdir. Eyni zamanda, bütün dünyaya verilən siyasi, diplomatik bir mesajdır.

Şuşada konsulluğun açılması nəticəsində region günü-gündən çiçəklənəcək və öz perspektivliyi ilə seçiləcək. Bunun nəticəsində dünyada unikal təbiətə malik Qarabağın ən gözəl turizm məkanına çevriləcək.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.