Son sutka ərzində 13 milyon 431 min kubmetr təbii qaz qəbul edilib-FOTO
“Havanın dəyişkən keçməsi ilə əlaqədar olaraq təbii qazın qəbulunda fərqlilik yaranıb. SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə 18 may 2023-cü il tarixində respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 13 milyon 431 min kubmetr təşkil edib”.
Qanunla.Az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Şöbə rəisinin sözlərinə görə Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 9 milyon 249 min kubmetr, regionlar üzrə isə bu rəqəm 4 milyon 182 min kubmetr təşkil edib. “Sutka ərzində ümumi qəbulun 69 faizi Bakı şəhəri və Abşeron yarımadasının, 31 faizi isə regionların payına düşür”,- deyə Rasim Əhmədov bildirib.
Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək cari ilin 5 ayı ərzində Çağrı Mərkəzinə daxil olan müraciətlər barədə media nümayəndələrinə məlumat verib: “2023-cü ilin 5 ayı ərzində SOCAR “Azəriqaz” İB-nin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 27946 müraciət azalma var”. Şöbə rəisinin sözlərinə görə cari ildə qaz təzyiqi və qaz təchizatı ilə bağlı 10638, qaz sızmaları ilə bağlı 324, sayğaclarla bağlı isə 6620 müraciət az daxil olub. “Məlumat xarakterli müraciətlərin sayına gəldikdə isə bu istiqamətdə 10364 müraciət az daxil olub. Bütün bunlar SOCAR “Azəriqaz” İB tərəfindən həyata keçirilən maarifləndirmə, yenidənqurma işlərinin nəticəsidir”, – deyə qurum rəsmisi qeyd edib.
Şərh yazılmayıb.