Huquqaz.com

Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır

06.05.2022
1.271
Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır

Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır

1993-cü ilin 30 oktyabrında Zəngilan rayonu Ermənistan ordusu tərəfindən işğal ediləndə rayon 1 şəhər, 5 qəsəbə, 79 kənddən ibarət idi. 2020-ci ilin oktyabrında Müzəffər Ali Baş Komandan cənba İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Zəngilanı düşməndən azad edərkən bu rayonun quruca adı qalmışdır. Vandall ermənilər tərəfindən bütün infrastruktur, yaçayı, ictimai və digər tarixi-mədəni tikililər yerlə bir edilmişdir. Zəngilan rayonuda işğaldakı digər çoxsaylı yaşayış məntəqələrimiz kimi azğın düşmən 27 il ərzində “özünün” hesab etdiyi Qarabağın daşını daş üstə qoymamışdı.

Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurub, ölkə başçısı da bu haqda bildirmişdir ki: “Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub – Bəsitçay təbiət qoruğu. Qoruğun böyük hissəsi məhv edilib. Bəsitçay təbiət qoruğunun bərpası artıq başlanıb. Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü”. Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır. Yəni heç nə unudulmayıb, heç bir cinayət yaddan çıxmayacaq: “Dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir”.

Şəhla Eminova –Zərdab şəhər sakini, “Əməkdar müəllim

Şərhlər

Şərh yazılmayıb.