Huquqaz.com

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 500 mininci abonenti məlum oldu-FOTO

17.06.2023
1.528
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 500 mininci abonenti məlum oldu-FOTO

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 500 mininci abonentinin adı məlum olub. O, Göygöl rayonu, Murovdağ qəsəbəsində qeydiyyatda olan Hacıyev Natiq Musa oğludur.

Qanunla.Az xəbər verir ki, Natiq Hacıyev torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində iştirak edib və döyüş zamanı yaralanıb. Müharibə veteranının yaşadığı fərdi yaşayış evinin qazlaşdırılması işi də SOCAR “Azəriqaz” İB tərəfindən təmin edilib. Aparılan hesabatlar zamanı təsadüfi olaraq Natiq Hacıyevin 2 milyon 500 mininci abonent olduğu məlum olub. Bu məqsədlə qurum rəsmisi abonentin fərdi yaşayış evini ziyarət edib. Daha sonra Birlik adından ailə üzvlərinə hədiyyə təqdim olunub.

image-e4bae8ee-b3b7-4d02-937e-4760d18b775fimage-279b8d85-f41b-4348-a073-37d981bfa05cimage-7e582199-8514-4a71-9ed6-9c95d29e55ae

Şərhlər

Şərh yazılmayıb.