Huquqaz.com

Sakinlərin qaz təchizatı ilə bağlı suallarını baş direktorun müavini cavablandırdı-FOTO

17.05.2023
1.726
Sakinlərin qaz təchizatı ilə bağlı suallarını baş direktorun müavini cavablandırdı-FOTO

“Sizdən xahiş edirəm ki, təbii qaza olan borcuma görə əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacımdan tutulma hissəsini 50 faizdən 30 faizə endirəsiniz”.

Qanunla.Az xəbər verir ki, bu sözləri Kürdəmir rayonunun Böyük Kəngərli kənd sakini Mahir Əsədov “Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib. SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Rəşad Cavadov aksiyada ünvanlanan hər bir müraciətin aidiyyəti üzrə yönləndiriləcəyini diqqətə çatdıraraq vətəndaşları görüşdə fəal iştirak etməyə çağırıb. Sakinlər uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsi, qaz sayğacının əvəzlənməsi, istehlak olunan təbii qaza görə yaranan borcun ödənilməsində güzəşt olunması ilə bağlı müraciətlər ünvanlayıblar. Səsləndirilən hər bir müraciət Rəşad Cavadov tərəfindən cavablandırılıb, araşdırılması üçün müvafiq tapşırıq verilib. Qeyd edək ki, aksiyada Birliyin rəhbər şəxsləri ilə yanaşı, Kürdəmir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak edib.

image-0b01eeec-4077-4ef3-84df-644a65a8dac6image-93d7cd82-4b39-4507-a4f3-6d92252ff8f1image-dbf56eb5-87e2-4c1c-8377-20c5b38b868dimage-142919ec-6da0-4b7e-a800-786376923e95image-6d6547cd-2723-46ee-91a6-cb8c556b56d5image-fbef40ef-5601-49dd-a824-c6c0b4e80429

Şərhlər

Şərh yazılmayıb.