Huquqaz.com

Ağsuda Vətən müharibəsi iştirakçısının intiharına laqeyidlik “donu” geyindirmək istəyənlər və onların çirkin niyyəti – FOTO+VİDEOFA

02.11.2023
1.413
Ağsuda Vətən müharibəsi iştirakçısının intiharına laqeyidlik “donu” geyindirmək istəyənlər və onların çirkin niyyəti – FOTO+VİDEOFA

“Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib”.

Olkə rəhbərliyinin bu siyasətinin davamı olaraq, rayon icra hakimiyyəti başçıları bu məsələ də cənab Ali Baş komandanın əmr və tapşırıqlarına uyğun olaraq daim şəhid ailələrini, qaziləri, müharibə vetiranlarını mütamadi olaraq ziyarət edir ən kiçik problemlərinə həssaslıqla yanaşırlar.
Amma çox təəssüf ki, hər zaman olduğu kimi bu məsələdə də dövlətimizin atdığı addımlara kölgə salmaq istəyən qaraguruh qüvvələr meydana çıxmaqdadır.

Bu “qüvvələr” hər vəchlə çalışırlar ki, dövlət və vətəndaş arasında nifaq salsınlar.
Belə qüvvələrdən biri özünü müxbir kimi təqdim edən Cəfərov Samir Ağacəfər oğlu müxalifət yönümlü “idealarına” söykənərək, mənbəyi bilinməyən “Ağsudan Xeber” səhifəsi vasitəsi ilə öz çürük və əsassız fikirlərini ortaya qoymaqla dôvlətimizin rifahına vətəndaşlarımızın təhlükəsizliyinə xələl gətirmək məqsədindədir.

Samir Cəfərov

Buna misal olaraq, Ağsu rayonun Ulgüc kənd sakini, Vətən müharibəsi iştirakçısı Babayev Rabil Kamal oğlunun psixoloji gərginliyi üzündən dünən axşam saatlarında intihar etməsinə siyasi “don” geyindirərək bir qurup Qarabağ Qazilərin və Müharibə iştirakçılarinı başına yığaraq, rayon əhalisi arasında çaşqınlıq yaratmasını göstərə bilərik.

Hər yerdə özünü bloger və jurnalist kimi təqdim edən Samir Cəfərov müxalifət yönümlü insanlarla birgə hər zaman çalışır ki, dövlətimizin və Ağsu rayon əhalisinə gôstərdiyi diqqət qayğıya kölgə salsın, dövlət-vətəndaş birliyinə mane olsun.
Belə ki, dünən Vətən müharibəsi iştirakçısının intihar xəbərini eşidən Samir Cəfərov əlinə telefon alaraq, rayondan olan bir qurup qazi və döyüşçuləri başına toplayıb video çəkiliş edib.
Güya ki, intihar edən Vətən müharibəsi iştirakçısı sosial problemlər üzündən özünə qəsd edib.
Halbuki dünən intihar etmiş Ağsu rayon Ülgüc kənd sakini Babayev Rabil intihar etmədən öncə məktub yazıb qoyub, o özünün psixoloji gərginliyini açıq-aydın ölümündən sonra ailəsi tərəfindən cibindən tapılan məktubda göstərib.

Samir Cəfərov və onun tez-tez Ağsu rayonun inkişafına xələl gətirən video çəkişləri gôndərib yaydıqları “Ağsudan Xeber” səhifəsinin məqsədi tam şəkildə bəlli olur.
Sonradan isə, intihar etmiş Babayev Rabilin yaxınları və döyüş yoldaşları açıqlama verərək, onların hüzürlü olduğündan, əsəbi halda olmasından istifadə edib guya jurnalist Samir Cəfərov öz məkirli niyyətini həyata keçirib.

Rabil Babayevin yaxınlarının və döyüş yoldaşlarının müraciətini sizlərə təqdim edirik.

 

 

Nəzərinizə çatdıraq ki, Ağsu rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov başda olmaqla digər aidiyyatı qurumlar daima, intihar etmiş vətən müharibəsi iştirakçısı Rabil Babayəvin problemləri ilə yaxından maraqlanıb ona Maddi və mənəvi yardımlar göstərib.
Bunu yuxarıda təqdim etdiyimiz video müraciət də göstərmişik.
İnanırıq ki, bizim bu yazımızdan sonra Ağsu rayon hüquq mühafizə orqanları ölkə də çaşqınlıq yaratmaq istəyən Samir Cəfərov kimi dələduzlar barəsində olçü götürüb onun haqqında lazımı tədbiri gôrəcəklər.

Xəbəral.az

Şərhlər

Şərh yazılmayıb.