Huquqaz.com

“Araz aşığından, Kür topuğundan” olan məmurlar – Şəhid və əsgər ailələri yoxluq içində “qovrulur”// VİDEO

12.04.2024
2.219
“Araz aşığından, Kür topuğundan” olan məmurlar – Şəhid və əsgər ailələri yoxluq içində “qovrulur”// VİDEO

Ötən gün “DogruXeber.az” informasiya agentliyinin kollektivi uzun müddətdir ki, Sabunçu rayonu ərazisində acınacaqlı vəziyyətdə yaşayan aztəminatlı ailənin, ardından isə 31 ildir köhnə kollec yataqxanasının bircə otağına qısılıb qalan 7 nəfərlik üzvü olan şəhid ailəsinin qonağı olub.

Qeyd edək ki, aztəminatlı ailənin xanımı Şairə Mürsəlova bir neçə gün əvvəl agentliyimizin tabeliyində fəaliyyət göstərən “Kanal14” YouTube kanalında canlı yayımlanan “Kamalın zamanı” proqramı ilə canlı bağlantı yaradaraq, köhnə vaqonda bərbad şəraitdə yaşadıqlarından, dəfələrlə müraciət etmələrinə baxmayaraq, nə sakini olduqları Astara rayon rəhbərliyi, nə də 13 ildir məskunlaşdıqları Sabunçu rayon rəhbərliyi tərəfindən ümumiyyətlə heç bir köməklik göstərilmədiyindən gileylənmişdi.

Ötən gün isə kollektivimiz bu ailənin qonağı olub, ailə ilə də, onların şəraitilə də əyani tanış oldu.

Doğrudan da ailənin yaşadığı kardon, dəmir, taxta parçaları ilə üzlənmiş köhnə vaqonda çəkdiyi əziyyətləri gördükdə sözün əsl mənasında yerimizdə donub qaldıq. İlahi, bu cür şəraitdə o, insanlar nə əziyyətlər çəkirlər ?!

O, çətinlikdə – rütubətli dəmir vaqonda böyütdükləri – ailənin gözünü dikdiyi yeganə qazanc gətirən övladı 8 aydır hərbi xidmətdədir. Digər, iki qız və bir oğul övladları isə rütubətli, bir dəqiqə dayanmağın belə çətin olduğu o, köhnə vaqonda sağlamlıqlarını artıq, itiriblər, üstəlik də hamısı talassemiya daşıyıcısı.

Qeyd edək ki, ailənin başçısı Rahim İsgəndərov özü 7 yaşından bəri kürəyində böyük şiş olduğu üçün əmək qabiliyyətini itirib, xanımı Şairə Mürsəlova isa dealiz xəstəsidir. Lakin, ailədə heç kim pensiya almır , eləcə də digər sosial müavinətlərdən yararlanmırlar. Çünki, Şairə Mürsəlova Gürcüstan vətəndaşlığındadır. Özünün dediyinə görə maddi imkanı olmadığı üçün sənədlərini qaydaya salmaq mümkün olmayıb. Məhz bu səbəbdən də illərdir ki, bütün sosial müavinətlərdən məhrum, yarıac – yarıtox ömür sürürlər.

Adil Vəliyev deyir, “büdcəmizdə pul yoxdur” (baxmayaraq ki, Sabunçu ən çox qanunsuz tikintilərlə “zəngin” olan rayonlardan biridir), Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev də deyib ki, “qazi, şəhid ailəsi olsaydınız kömək edərdik. Belə mən heç nə edə bilmərəm”.
Sual yaranır, Qəzənfər Ağayev əgər, yalnız qazi, veteran və şəhid ailələrinə kömək edirsə, o, zaman Astara rayonundan olan qazi İlkin Tağızadə, veteran Yusif Babazadə və sosial mediada şikayətçi olan digər bu sıradan olan şəxslərin narazılıqlarını kimin ayağına yazaq?

Əlqərəz…

Adil Vəliyevi başa düşdük, “pulu yoxdur büdcədə”, zatən olsaydı, rəhbərlik etdiyi rayonun ərazisində yaşayan Cəbrayıl rayon Daşkəsən kənd sakini – Şəhid Kərimov Elçin Ataş oğlunun ailəsinə “köməklik edərdi”…

Yəqin ki, bu cümləni oxuyanda oxucularımızın “dodağı qaçmış” oldu. Çünki, bu həqiqətən də inanmağın mümkün olmadığı, gülüş doğuran, ironiyalı cümlədir.

Bir şəhid anasının evini söküb, üstəlik də haqqında mediaya aqressiv şəkildə, “o, kimlərəsə himayədarlıq edir” cavabını verən, pedaqoji kollecin köhnə yataqxanasındakı şəhid ailələrinin birinin halı ilə maraqlanmayan, amma, taa gənc yaşlarından dövlət işində çalışmasına baxmayaraq, sərvətlərinin, bizneslərinin bir kitablıq siyahı”sı olan, bu zamana qədər adı bir xeyriyyə işlərində çəkilməyən rayon rəhbəri barəsində yuxarıda qeyd etdiyimiz ironiyalı cümlənin həqiqət olduğuna inanmaq, “Tanrının olmadığına inanmaq” qədər ağılsızlıq olardı.

Kim bilir, bəlkə də “Cəbrayıl sakinidir, Kamal Həsənov düşünsün, o, qayğı göstərsin” deyib, həmkarına”igəşir”.

Kamal Həsənov da “Nəmə lazım, mən qarışmam” (H.Cavid) prinsipilə, rəhbəri kürsüsündə oturduğu Cəbrayıl rayonunun bir çox sakinləri, xüsusilə də bu şəhid ailəsi ilə sanki, ümumiyyətlə bütün “əlaqələrini kəsib”.

Şəhidin ailəsi və məzar daşı daha bir yeni ilə köhnə probləmlərlə girir...

Şəhid ailəsini 30 ildir eşidən yoxdur… – “Başçını tanımıram, amma deputatı televizorda görmüşəm”

“Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır” – Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Nə onları bir neçə gün əvvəl Bakıda – Cəbrayıl rayonundan olan iş adamına məxsus “Xudafərin” restoranındakı iftar süfrəsinə dəvət edib, nə də bir dəfə nəinki baş çəkmək, heç telefon zəngi edərək, dərdini dinləyib.

Qeyd edək ki, son günlər Cəbrayıl rayon icra hakimiyyətinin rəsmi facebook səhifəsində paylaşılan fotoşəkillərdə belə , artıq icra başçısı görünmür. O, fotoşəkillər ki, icra hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən şəhidlər xiyabanınıda lentə alınıb.

Deyəsən, gözdən pərdə asan bu fotosessiyalarda belə, artıq görünməyən cənab Həsənovun “hansı üstün xidmətlərinə görə uzun illərdir rəhbər kürsüsündə əyləşməsi” sualı bunun cavabını düşünən çox beyinləri hələ uzun müddət “iflic edəcək”.

Bu arada, bayaqdan bəri şəhid ailəsinə qarşı biganəlikdən, laqeydlikdən danışarkən təkcə Kamal Həsənovun adını çəkməklə, Cəbrayıl rayonunu Milli Məclisdə təmsil etməli olan Ceyhun Məmmədovun “haqqını yemiş oluruq”. Axı o, da ailənin müraciətinə, eləcə də “DogruXeber.az“ın ailənin 31 illik evsizlik problemi barəsində göndərdiyi rəsmi sorğuya rəğmən, başını salıb aşağı müqəddəs dinin təbliği ilə məşğul olur.

Müqəddəs Şəhidlik məqamına ucalan Elçin Kərimovun vətənə əmanət yaşlı ata-anası və digər ailə üzvləri isə gözlərinin yaşını tökə-tökə gözlərini qapıya, qulaqlarını telefona dikib, bəlkə 31 ildən sonra, “siz evlə təmin olunursunuz” xəbərini dəyən olar deyə gözləyirlər.

Mövzunu davam etdirəcəyik !

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.