Huquqaz.com

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

22.02.2023
1.889
Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdur. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum qalmışdır. Həmin faciəvi gecə zamanı 76 nəfəri uşaq olmaqla 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilmişdir. Bundan başqa faciə zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirmişdir. Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri olmuşdur. Lakin bu gün Azərbaycanın qəhrəman oğullarının xüsusilədə Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı

Zərdab Rayon Gənclər və İdman idarəsinin Rəis müavini-Əvəz Soltanov 

Şərhlər

Şərh yazılmayıb.