Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb
Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb
Bu gün dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi böhran yaşanan vaxtda Azərbaycan öz iqtisadiyyatını dirçəltməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq işləri aparır, torpaqların minalardan təmizləməsi prosesini həyata keçirir. Eyni zamanda, Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycan oynayır. Bütün bu uğurlara isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, düzgün siyasət nəticəsində nail olmuşuq. Həm Prezident İlham Əliyevin nüfuzu, həm də Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsi özünü bir sıra mühüm beynəlxalq tədbirlər də göstərir: “Daha doğrusu nüfuzlu beynəlxalq tədbirlər zamanı Azərbaycana və dövlətimizin başçısı İlham Əliyevə xüsusi diqqətlə yanaşılır. Bu sırada Münxen Təhlükəsizlik Konfransını xüsusilə qeyd etməliyik. Belə ki, builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də məhz Azərbaycan Prezidentidir.Hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisinə görə ən böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münxen şəhərində təşkil edilən Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə edildiyi dünyanın ən aparıcı forumu sayılır, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır. Münxen Təhlükəsizlik Konfransının builki – sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilib. Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Builki tədbir də ölkəmiz üçün uğurlu nəticələrlə yadda qalacaq. Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması”adlı plenar iclasda çıxış etdi. Bu iclasda Prezident cənab İlham Əliyevlə yanaşı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etmişlər.Debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi-Aliyə Rüstəmova
Şərh yazılmayıb.