Huquqaz.com

Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır

21.02.2023
2.720
Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır

Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır.

2020-ci il sentyabr  ayının  27-də  təcavüzkar  Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində işğal olunmuş torpaqlarımızı mənfur düşməndən azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Biz illərdir yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdik, 30 illik münaqişəyə son qoyduq və hərbi-siyasi yollarla ərazi bütövlüyümüzü  və tarixi ədaləti bərpa etdik. Dağlıq Qarabağ münaqişəsi işğalçı Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazisində, Dağlıq Qarabağda və ətrafdakı rayonlarda olması idi  və  bu işğal 30 ilə yaxın  davam etdi. 2020-ci ilin sentyabrın 27-də başlayıb noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatan Vətən Müharibəsi Ermənistanın işğalçılığına son qoydu.

Bu qətiyyətli hökmün məna yükü ondan ibarətdir ki, Azərbaycan ərazisindəki münaqişə keçmişdə qalıbsa, deməli, statusla bağlı müzakirə ediləcək məsələ də qalmayıb.  Artıq status-kvo yoxdur. Status-kvo torpaqların işğal altında saxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri bununla əlaqədar hələ illər əvvəl çox müsbət açıqlama vermişdirlər ki, status-kvo qəbuledilməzdir, ancaq təssüf ki, bununla bağlı  heç bir iş görülməmişdi.  Azərbaycan status-kvonu özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Bundan sonra heç bir  status-kvodan söhbət gedə bilməz.

Cənab Prezident İlham Əliyevin cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışında qeyd etdi ki, “Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar”

Azərbaycanın Respublikasının  mövqeyi  hər zaman  beynəlxalq hüquqa və tarixi ədalətə söykənir. Biz hər kəsin hüquqlarına hörmət edirik  və hər kəsdən də bunu tələb edirik.

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru

Şərhlər

Şərh yazılmayıb.