Huquqaz.com

Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır

12.02.2023
2.037
Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır

Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır.

Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar.

“Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Baş verən zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduğumuz göz önündədir. Bu da təbiidir. Çünki zəlzələnin aldığı canlar bizim öz canlarımızdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlaması, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirməsi, eləcə də fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir: “Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik. Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə ilk yardım əlini uzadan məhz Azərbaycan oldu. Bundan başqa cür də ola bilməzdi. Çünki Azərbaycan və Türkiyə iki dost, qardaş, canı, qanı bir ölkələrdir”.

Ümumilikdə faciə baş verdiyi andan etibarən indiyə qədər FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Bundan əlavə 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətdə də hazırda zəlzələdən ən çox əziyyət çəkən Kahramanmaraşda yaralılara yardım göstərilməsində iştirak edir: “Eləcə də Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan ilk xüsusi təyyarə 9 fevral tarixində Qaziantepə çatıb. Bu gün isə müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlardan ibarət daha bir təyyarə zəlzələ bölgəsinə çatıdırılıb”.

Azərbaycanın ayrı-ayrı nazirlikləri, idarə və müəssisələri, dövlət qurumlarının hamılıqla Türkiyəyə dəstək məqsədilə səfərbər olublar. Zəlzələnin baş verdiyi gündən “Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlayıblar. Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə olan bütün yanacaqdoldurma məntəqələri xilasetm işlərində iştirak edən nəqliyyat vasitələrini pulsuz yanacaqla təmin etmək üçün fəaliyyətə başlayıb. Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Dövlət qurumlarımızla, qeyri-hökumət təşkilatları və sahibkarlarımızla yanaşı xalqımız da bütün imkanları ilə səfərbər olunub. Bakı ilə yanaşı Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər”.

Bütün bu sadalananlar şübhəsiz ki, əsl qardaşlıq nümunəsidir. “Təbii ki, Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır. Bugünkü münasibətlərimiz də böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Prezidentin də dediyi kimi, əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”,

Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin metodisti – Mecidli Cəlal

 

Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycan xalqını çox sarsıtdı. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik.

Dünyada az ölkə olar ki, Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın, yaxşı və pis gündə bir yerdə olsunlar. Eyni etnik kökə, tarixə, dilə və dinə malik iki qardaş ölkənin səmimi münasibətlərinə artıq bütün dünya şahiddir. Azərbaycanın Türkiyənin ağır günündə ilk yardıma gəlməsi də iki ölkə arasında münasibətlərin necə dərin olmasından xəbər verir və iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının əyani nümayişi kimi dəyərləndirilir.

Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri xilasetmə əməliyyatlarını davam etdirirlər.

Həmçinin, Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyi” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Ümumiyyətlə, Türkiyənin bu kədərli günündə nəinki dövlət qurumları, QHT-lər, uşaqdan-böyüyə hər bir azərbaycanlı ürək dolu sevgiləriylə qardaş, bacılarının yanındadırlar.

30 il işğal altında olmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında birliyin, həmrəyliyin təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

Odur ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın ilk olaraq Türkiyənin yanında olması təbiidir. Bir sözlə, bu gün ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə kəlam deyil, gerçəklikdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, Türkiyə bu sınaqdan da üzüağ çıxacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Tanrı hər iki dost, qardaş dövləti baş verəcək biləcək bütün bəlalardan qorusun. Yaşanılan hər bir çətin anda bizə dəstək, dayaq olan Türkiyənin sonsuza qədər yanındayıq. Acınız acımız, dərdiniz dərdimizdir. Başın sağ olsun, Türkiyə!

Bəli, həyat bax budur… Gecəsini gündüzünə qatıb, min bir əziyyətlə çalışıb böyük arzularla ev quranların sonu oldu bir fəlakət. O evlərdə təkcə insanlar yox, neçə-neçə ümidlər öldü, xəyallar, istəklər, sevgilər dağıntılar altında qaldı. Ağlar qaldı ata-analar, yetim qaldı körpə balalar, məhv oldu sevgi dolu yuvalar. Həyat ana ilə övladını qucaqlaşıb ölümü gözlədəcək qədər amansız, bir ailənin bütün üzvlərini eyni anda öldürəcək qədər qəddarmış. Ona görə, sevdiklərinizə doya-doya sarılın, geridə sizdən incimiş, küsmüş bir qəlb buraxmayın. Hər gedən anın sonunuz ola biləcəyini düşünün, qürur edib deyə bilmədiyiniz sözləri sevdiklərinizə deməyə tələsin, sonra çox gec ola bilər..

 Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı- İmanova Xanım

 

Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar.

Azərbaycan və Türkiyə bir-birilərinin sevincinə də, acılarına da şərik çıxmaqla hər zaman bütün sınaqlardan üzüağ, şərəflə çıxmağı bacarıb. Biz indi növbəti dəfə təbiətin amansız sınağı ilə üzləşmişik. Bu zəlzələnin son yüz ildə regionda və Türkiyədə baş verən ən güclü zəlzələ olduğu bildirilib. Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddigünlük milli matəm elan olunub. Qardaş Türkiyənin 10 vilayətində baş vermiş təbii fəlakət nəticəsində minlərlə insanın həlak olması, saysız-hesabsız insanın yaralanması, evsiz-eşiksiz qalması doğrudan da dəhşətli faciədir. Qardaş ölkədə baş verən bu zəlzələ bütün azərbaycanlıları sarsıtdı. Eyni zamanda Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə ortaya qoydu. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan insanı qardaş ölkəmizin üzləşdiyi dağıdıcı təbii fəlakətə dərhal öz acısı kimi reaksiya verdiTürkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu.Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım etdi: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!” Bu gün Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün bütün imkanlardan istifadə edir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulublar. Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq;
Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar.

Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik. Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını ümid edir, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk. Hər kəs bilir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir.

Heydər Əliyev Mərkəzinin  Elmi işçisi – Alagöz Namazova

 

Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb. Fevralın 6-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon zəngi etmişdir: “Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi”yini bildirən Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib: Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik.Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycan xalqını çox sarsıtdı. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.

Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar.

Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı-Hacızadə Aişə.

 

Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər.

“Qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər Azərbaycanı çox sarsıtdı. Təbii fəlakətin ilk dəqiqələrindən Prezident cənab  İlham Əliyev Azərbaycanın bu ağır məqamda öz qardaşlarına hər cür yardım göstərməyə hazır olduğunu bildirdi. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bir daha qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadırlar. Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə də baş çəkərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi və orada çıxış etdi. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı verib, faciə zamanı həlak olanlara Allahdan rəhmət diləyib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapması arzularını ifadə edib. Cənab Prezident səfirlikdəki çıxışında bildirdi ki, Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir”. “Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. İctimai təşkilatlar da öz dəstəklərini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulublar. Dövlət qurumlarının nümayəndələri, özəl sektor da öz dəstəklərini əsirgəmirlər. Həm maddi yardım, həm də texniki yardım göstərilir. Azərbaycanın ən böyük şirkəti SOCAR da yardım kampaniyasına qoşulub. Ölkəmizin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb.
Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, həkim briqadaları Türkiyədə dağıntılar altında qalmış insanların xilas edilməsi üçün var qüvvələrilə çalışırlar”.
Azərbaycandan Türkiyəyə təyyarələrlə, avtomobil karvanları ilə yardımlar, xilasetmə avadanlığı, tibb heyətləri, mobil səhra hospitalları, səhra mətbəxləri, humanitar yardım, generatorlar, nasos stansiyaları, avtomobillər, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair göndərilməkdə davam edir:”Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə xüsusi təyyarə ilə humanitar yardımlar göndərilib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Bundan başqa, zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə Naxçıvandan da ilkin olaraq 12 TIR yola salınıb. Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Prezident İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətə başlayıb”.Bu gün Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub:
“Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə təhvil verirlər.Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.Güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. İnanırıq ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq. Azərbaycan da həmişə Türkiyənin yanındadır və hər cür fədakarlığa hazırdır”.

 Həsən bəy Zərdabi muzeyinin əməkdaşı -Leyla Əliyeva.

 

Ölkənin bir çox ali təhsil müəssisələrində zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə tələbə və əməkdaşlar arasında yardım kampaniyası təşkil olunub

“Fevralın 26-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ bütün Türk dünyasını və sözsüz ki, ilk növbədə Azərbaycanı sarsıtdı. Bir millət, iki dövlət amalı ilə yaşayan Azərbaycan və Türkiyə hər iki dövlətin, hər iki xalqın istər pis, istər yaxşı günlərində hər zaman bir-birinin yanında olublar, bir-birnin sevincini də, kədərini də bölüşüblər. Əlbəttə ki, təbii fəlakət səbəbilə əsil faciə yaşanan bu günlərdə də Azərbaycan Türkiyənin yanındadır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan dövləti zəlzələnin baş verdiyi ilk gündən qardaş Türkiyəyə yardım göstərilməsi ilə bağlı tədbirlər görməyə başlayıb. Cənab Prezident İlham Əliyevin göstərişi ilə FHN-nin xilasetmə briqadalarını, o cümlədən tibbi heyəti aparan təyyarələr dərhal Türkiyəyə, fəlakət zonasına göndəriliblər. Həmçinin təyyarələr və avtomobil karvanı ilə qardaş ölkəyə xilasetmə avadanlıqları, mobil səhra hospitalı, humanitar yardım, 4 səhra mətbəxi, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair aparılıb. Bunu da qeyd edim ki, birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişləri əsasında həyata keçirilən qardaş ölkəyə humanitar yardım kampaniyasının tərkib hissəsi olaraq, Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya elan edib. Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər.”Azərbaycan dövlətinin qardaş Türkiyəyə dəstəyi ilə yanaşı Heydər Əliyev Fondu da zəlzələdən zərər çəkmiş insanlara yardım göstərilməsi istiqamətində intensiv tədbirlərini davam etdirməklə bu işə misilsiz töhfələr verməkdədir: “Məlum olduğu kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd etmiş, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamışdır. Fəlakətdən dərhal sonra Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi. Yardım çərçivəsində Türkiyəyə dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və sair tibb ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdırılıb. Təqdim olunan məlumatlara görə faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən hələ ilkin mərhələdə ümumilikdə 36 ton humanitar yardım göndərilib. Bundan başqa, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Mehriban xanım Əliyevanın göstərişinə əsaslanaraq, həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampanyasına start vermişdir. Kampaniya çərçivəsində 8-14 fevral tarixlərində Türkiyənin zəlzələ olan regionalrında ehtiyac duyulan ləvazimatlar toplanaraq təbii fəlakət zonasına yola salınacaqdır. Qürurverici haldır ki, son iki gündə Bakıda sərt hava şəraitinin olmasına baxmayaraq, kampaniya keçirilən məkanlarda paytaxt sakinlərinin yardım bağlamaları ilə buraya axın etdiklərini, həmin məkanlarda əsl izdiham yarandığını görmək mümkündür. Eyni zamanda Azərbaycanın bütün bölgələri də Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər artıq səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları könüllülərə təhvil verirlər. Bu gün hər bir azərbaycanlı qardaş Türkiyəyə yardım etməyi özünün mənəvi borcu hesab edir.”

Özəl sektorun və ictimai təşkilatların Türkiyəyə yardım kampaniyasında yaxından və fəal iştirak etdiklərini vurğulayaraq bunları deyib: “Azərbaycan dövlətinin qardaş Türkiyəyə yardımı həqiqətən də çoxşaxəlidir. Bilavasitə fəlakət zonasında axtarış-xilasetmə işlərində iştirak edən mütəxəssislərdən, səhra şəraitində yaralılara ən yüksək səviyyədə tibbi yardım göstərn peşəkar həkim və tibbi personaldan, Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllülərindən başqa bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox səhiyyə müəssisələrində də qardaş Türkiyədən yaralıların qəbulu üçün hazırlıqlar görülüb. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Bu məqsədlə artıq həm Bakıda, həm də digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında müvafiq tədbirlər görülüb, xəstəxanalarda çarpayılar ayrılıb. Bütün bunlarla yanaşı ölkənin özəl sektoru və ictimai təşkilatlar da zəlzələdən zərərçəkənlərə humanitar yardım göstərilməsində yüksək fəallıqları ilə seçilirlər. Bu baxımdan Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi ilə əlaqələndirilməklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş “Qardaş köməyi” platforması kimi təşəbbüsləri yüksək dəyərləndirmək lazımdır. Mətbuata təqdim olunan məlumatlarda isə Türkiyəyə yardım məqsədi ilə qeydiyyatdan keçən Azərbaycan sahibkarlarının sayının artıq bir milyondan çox olduğu bildirilir. Bütün bunlar Türkiyə-Azərbaycan qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirir”, – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.

Həsən bəy Zərdabi muzeyinin  əməkdaşı -Gülbəniz Əhmədova

 

Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir.

Günümüzün reallığı onu göstərir ki, tarixi köklərlə bağlı olan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı həyat boyu davam edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!” deməsi tarixin və zamanın sınaqlarından hər zaman üzüağ çıxan bu iki qardaş ölkənin, Azərbaycan və Türkiyənin əbədi həmrəyliyini, dostluğunu, qardaşlığını, bütün çətinliklərin öhdəsindən gəlməyə qadir olduğunu, yaşanan fəlakətlərə, çətinliklərə birliklərinin gücü və əzmi ilə qalib gəldiklərini təcəssüm etdirir.
Bu sarsılmaz qardaşlığın nəticəsidir ki, Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmiz qardaş Türkiyəyə dərhal dəstək olan ilk ölkə oldu. Faciə baş verən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon vasitəsilə danışaraq Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Prezident İlham Əliyevin başsağlığı vermək üçün müraciət etdiyi Türkiyə səfirinə “Biz bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir” deyərək, Azərbaycan xalqının könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirdiyini diqqətə çatdırması, iki ölkə arasında təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin mövcud olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Prezident onu da məlumat verdi ki, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda texniki yardım göstərməyə başlamışlar: “Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır”. Prezidentin tapşırığına əsasən, Azərbaycan dövləti zəlzələ baş verdikdən dərhal sonra Türkiyəyə hərtərəfli yardım göstərir.  Fevralın 6-dan Azərbaycandan Türkiyəyə təyyarələr və avtomobil karvanları göndərilib. Ümumilikdə, faciə baş verdiyi dövrdən Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin yüzlərlə nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair mal-materiallar zərərçəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.
Zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.  Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və sair tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Bu gün qardaş Türkiyəyə səmimi dəstək üçün bütün Azərbaycan xalqı səfərbərdir. Respublikanın bütün yaşayış məntəqələrində hamı ayaq üstədir və qardaş dəstəyi üçün əlindən gələni əsirgəmir.

Həsən bəy Zərdabi muzeyinin  əməkdaşı-Tavad Qurbanova

 

Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımları və axtarış-xilasetmə qrupları, ordumuzun bir qrup hərbi tibb personalı qardaş ölkəyə yola salınıb.Bundan başqa Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyində peşəkar həkimlərdən ibarət heyət də formalaşdırılıb. Ehtiyac yarandığı təqdirdə heyət zərərçəkmişlərin müalicəsinə cəlb olunacaq.Dünən Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını qardaş ölkəyə aparan təyyarə yola düşüb. Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.Hava nəqliyyatı ilə ümumilikdə 115 ədəd müxtəlif ölçülü çadır, 1448 ədəd ədyal, 140 ədəd çarpayı, 90 ədəd qızdırıcı, 300 ədəd masa, 1000 ədəd oturacaq, 2000 ədəd iplik dəsmal və digər ləvazimatlar göndərilib. Bakı sakinləri və bölgələrdə yaşayanlar da Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım toplama kampaniyasına başlayıblar. Əsasən qış paltarları, gödəkçə, şalvar, əlcək, corab, çadır, yataq, yorğan, döşək, generator və təmizlik alətləri ilə yüklənmiş 4 TIR artıq qardaş ölkəyə göndərilib.Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.”Hər zaman olduğu kimi, ilkin olaraq can Azərbaycandan kömək gəldi. Zəlzələnin ilk saatlarında Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə yardım göndərilib. Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mütəmadi olaraq əlaqə saxlayır”, – Çavuşoğlu qeyd edib. Soylu isə bildirib ki, Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycan Türkiyəyə yardım göstərib, hər çətin anımızda Azərbaycan yanımızda oldu: “Azərbaycanın göstərdiyi dəstək işimizi asanlaşdırır. Başqa ölkələrdən də yardımlar gəlir, lakin yardım göndərən ilk ölkə Azərbaycan oldu. Hazırda da onlar axtarış-xilasetmə işlərinə davam edir.Çox sağ olun”.Türkiyənin ölkəmizdəki səfirliyi də zəlzələ ilə əlaqədar qardaş ölkəyə köməyə görə Azərbaycana təşəkkür edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edir. Qeyd olunub ki, şirkət zəlzələ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının təxliyyəsi çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyinə dəstək göstərir.Bundan başqa “SOCAR Türkiyə” AFAD-a 6,4 milyon lira məbləğində əsas tələbat malları təhvil verib, 3,5 milyon lira isə bağışlayıb, Miqrasiya İdarəsi Müdirliyinin göstərişi ilə bölgəyə çatdırılacaq 500 min lira dəyərində materialı təmin edib.

Həmçinin,Azərbaycanın Türkiyədəki səfirliyində, operativ qərargah yaradılıb. Qərargah İstanbul, Qarsdakı baş konsulluqlarla əlaqəli fəaliyyət göstərilir. Qərargah Türkiyənin daxili işlər nazirliyi, AFAD və digər əlaqəli qurumları ilə əlaqədədir.
Qərargahdan BBC News Azərbaycancaya “tələbələrlə daimi əlaqədə olduqlarını bildiriblər:
Bölgədəki Azərbaycan vətəndaşlarının sayları yeri bələdiyyələrdən alınan məlumatlarla dəqiqləşdirilir: “Zəlzələ bölgəsində həm tələbələr, həm də Azərbaycan kökənli olan Türkiyə vətəndaşları da var”, qərargahın rəhbəri səfir Rəşad Məmmədov BBC-yə bildirib.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi- Mayisa Xəlilova

 

Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.

Azərbaycan və Türkiyə bir-birilərinin sevincinə də, acılarına da şərik çıxmaqla hər zaman bütün sınaqlardan üzüağ, şərəflə çıxmağı bacarıb. Biz indi növbəti dəfə təbiətin amansız sınağı ilə üzləşmişik.

Bu zəlzələnin son yüz ildə regionda və Türkiyədə baş verən ən güclü zəlzələ olduğu bildirilib. Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddigünlük milli matəm elan olunub. . Qardaş Türkiyənin 10 vilayətində baş vermiş təbii fəlakət nəticəsində minlərlə insanın həlak olması, saysız-hesabsız insanın yaralanması, evsiz-eşiksiz qalması doğrudan da dəhşətli faciədir. Qardaş ölkədə baş verən bu zəlzələ bütün azərbaycanlıları sarsıtdı. Eyni zamanda Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə ortaya qoydu. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan insanı qardaş ölkəmizin üzləşdiyi dağıdıcı təbii fəlakətə dərhal öz acısı kimi reaksiya verdi

Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu.Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım etdi: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm! Bu gün Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün bütün imkanlardan istifadə edir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.

İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verib. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulublar. Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq;

Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar. Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik. Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını ümid edir, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk. Hər kəs bilir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi-VəfaXəlilli

 

Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.

Azərbaycan Respublikası zəlzələdən sonrakı ilk dəqiqələrdən qardaş ölkənin yanındadır. Bu, lazım olduğu vaxtda, gücdə və miqyasda davam edəcək! Dövlətimiz, xalqımız qardaş köməyini, öz yüksək həmrəylik ruhunu göstərir – hər zaman olduğu kimi! Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, bizlər bu dəhşətli faciənin ağır fəsadlarının aradan qaldırılmasına kömək edə bilmişiksə, hətta nəticə etibarı ilə kiçikliyindən, böyüklüyündən asılı olmayaraq, bu köməyi özümüzçün şərəf sanırıq. Qışın soyuğunda, gecənin qaranlığında, dağıntıların altında əlacsız qalmış yaralı insanların olduğunu düşünün… Və onlardan bir körpənin, bir qadının, qocanın, hər hansı yaşda olan insanın qurtuluşunu təmin etmək, doğrudan-doğruya şərəfli xidmətin özüdür!

Bu yerdə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi “instaqram” səhifəsindəki paylaşımına diqqət çəkmək istərdim: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram”!
Uca Tanrıdan bütün Türk xalqına və dövlətinə güc və səbir diləyən Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun xətti ilə qardaş ölkəyə indiyədək göndərilən yardımlar da xüsusi miqyası ilə seçilir:

-Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb;

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən indiyədək 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir;

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə 9 fevral tarixində Naxçıvandan ilkin olaraq 12 TIR yola salınıb.
Qardaşlıq hissi ilə onu da vurğulayaq ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər və sahibkarlıq qurumları “Qardaş köməyi” adlı platforma yaradıb. Fevralın 8-də Bakıdakı “KOB Evi”ndə təqdimatı keçirilən bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər də qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara çoxsaylı ləvazimatlar göndərir.

Yardımlar davam edir. Yardımlar yalnız paytaxtda, Abşeron yarımadasında, Naxçıvanda, Gəncədə, Tovuzda deyil, ümumrespublika miqyasında artan xətt üzrə davam edir. Azərbaycan dövləti, xalqı öz dəstəyini sona qədər göstərəcək. Söhbət ondan gedir ki, zəlzələnin ilk günü böyük sayda xilasedici göndərilsə də, Azərbaycan dövləti sonrakı günlərdə də xilasedicilər, həkimlər, könüllülər göndərir və bu iş ehtiyaclar təmin olunacağı günədək davam edəcək. Xilasedicilər, həkimlər, könüllülər, məmurlar, işadamları, vətəndaş cəmiyyəti institutları təmsilçiləri – hər kəs, üçqat səylə çalışmaqdadır. – Birincisi, söhbət, Azərbaycan dövlətinin, xalqının, şəxsən ali dövlət rəhbərliyinin adına layiq qardaşlıq nümunəsi göstərməkdən gedir; ikincisi, məhz qardaş ölkəyə–Türkiyəmizə köməkdən söz açırıq; üçüncüsü, hər bir insan öz könlünün, vicdanının səsinə qulaq asır!

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru –Könül Rəhimova

Şərhlər

Şərh yazılmayıb.