Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır
Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır
Azərbaycan Respublikası Litvanın Avropa İttifaqının (Aİ) Tvininq proqramı çərçivəsində tərəfdaşıdır. Azərbaycan həmçinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən layihələrin sayına görə də Litvanın əsas tərəfdaşı olduğunu göstərib. Litva Respublikası Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarı kimi çıxış edir, ölkəmizin Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığını müsbət qiymətləndirir.
Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də mühüm rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Statistika göstərir ki, ixrac edilən qazın həcmi ildən-ilə artır. Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, iki ölkə hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalanıb.
Qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün hər iki ölkənin payına böyük vəzifələr düşür. Artıq müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olurlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlıq bərqərar olacaqdır.
Nübar Qurbanova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi
Şərh yazılmayıb.