“Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi
“Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi
Çin Xalq Respublikası Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan etmişdir. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur. “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Çindən başlayaraq Qərbi Avropaya qədər uzanan layihədə Azərbaycanın əsas halqalardan biri olması ölkəmizin qlobal əhəmiyyətini artırır. Bu gün Azərbaycan bir tərəfdə Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır, digər tərəfdən, Çinin Avropaya çıxışında əsas tranzit xətti hesab olunur. Bu, faktiki olaraq, Azərbaycanın Avrasiyadakı siyasi və iqtisadi yerini müəyyənləşdirir. Çinlə əlaqələr Azərbaycana bu ölkənin texnologiya, istehsalat, eləcə də hərbi sənayedəki təcrübəsini mənimsəməyə və bundan yararlanmağa imkan verir. Azərbaycanın mühüm nəqliyyat və enerji xətlərinə sahib olması ilə yanaşı, təhlükəsiz və xarici investorlar üçün cəlbedici olması, xüsusi iqtisadi inkişafı və islahatçı imici, coğrafi mövqeyindən bəhrələnərək Asiya və Avropa arasında körpülərin qurulmasına investisiya yatırması da layihədəki rolunu gücləndirir. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Hümbətova Məleykə
Şərh yazılmayıb.