Huquqaz.com

1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub

20.01.2023
1.852
1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub

1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub

Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Həmin dövrdə Azərbaycan ərazilərinin təcavüzkar Ermənistan tərəfdən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial-iqtisadi durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir. Əslində bu, bütün xalqın ürəyinin səsi idi. Doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Ulu Öndər Heydər Əliyev ilk əvvəl Bakıya, sonra isə Naxçıvana gələrək qurtuluş mübarizəsini davam etdirmişdir. Tarixi bir missiyanı yerinə yetirən Ulu Öndər ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə dövlətçiliyin strategiyasını, ideologiyasını yaratdı, onu praktik dövlətçilik müstəvisində həll etdi. Qanunsuzluq, hərc-mərclik və iqtisadi sarsıntı məngənəsində boğulan xalqın maddi rifahını yaxşılaşdırmaq üçün müdrik tədbirlər gördü. Xarici siyasətdə Azərbaycanın sülhsevər bir dövlət kimi mövqelərinin möhkəmlənməsində böyük uğurlar qazandı. Yeni neft strategiyası ölkənin qarşısında dayanan bir sıra sosial, iqtisadi, siyasi, geostrateji məsələlərin həllində önəmli rol oynadı. Bu, həm də iqtisadi amildən siyasi təsir vasitəsinə çevrilərək, ölkənin geosiyasi maraqlarını təmin edən, qlobal məkana inteqrasiyanı reallaşdıran, Cənubi Qafqazda enerji təhlükəsizliyini qoruyan və sabitliyi mühafizə edən, əhalinin sosial təminatını, dövlətin iqtisadi rifah və tərəqqisini stimullaşdıran vacib faktordur. Bu gün ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin  Prezident cənab İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirilir. Pandemiya dövründə də öz vətəndaşlarının yanında olan Azərbaycan dövləti həmçinin beynəlxalq miqyasda özünü çox məsuliyyətli aparmışdır. Qlobal səciyyə daşıyan pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün beynəlxalq səviyyədə ölkələrin, xalqların həmrəylik göstərmələri, bir-birlərinə dəstək nümayiş etdirmələri vacib məsələdir. Prezident cənab İlham Əliyev həmrəylik təşəbbüsləri ilə çıxış etmişdir. Ölkəmizdə COVİD-19-a ilk yoluxma faktı qeydə alınandan etibarən bu məsələyə böyük həssaslıqla yanaşılmış, Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özünün bütün resurslarını pandemiyaya qarşı mübarizəyə səfərbər etmişdir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin Rəis müavini-Əvəz Soltanov

Şərhlər

Şərh yazılmayıb.