Huquqaz.com

Prezident İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər

04.02.2023
2.525
Prezident İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər.

Cənab Prezident İlham Əliyev bəyanatda hər iki ölkə arasında olan strateji və ticari-iqtisadi əlaqələrin nəticələrini qeyd etdi: “Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq.”

Bundan başqa Prezident Rumlniya-Azərbaycan əməkdaşlığının yeni mərhələsini və Rumıniya vasitəsilə digər Avropa ölkələrinə də Azərbaycan qazının nəql ediləcəyini vurğuladı. Prezident İlham Əliyev hörmətli qonağımızın sabah Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak edəcəyini və prezident Yohannisin açılışda iştirakının bu tədbirdə böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.

Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. Hər iki ölkənin dövlət neft şirkəti “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar. Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək. Hər ikisi – Cənub Qaz Dəhlizi, o cümlədən Azərbaycanda bərpaolunan enerji resurslarından istehsal edilmiş elektrik enerjinin nəqli üçün çəkiləcək gələcək dənizaltı kabel və nəhayət, Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək.

Türkan Həsənova – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.