Huquqaz.com

Həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və siyasi, sosial-etnik maraqlardan üstün tutulur

12.11.2022
2.802
Həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və siyasi, sosial-etnik maraqlardan üstün tutulur

Həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və siyasi, sosial-etnik maraqlardan üstün tutulur

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan Zəfər Gününün ildönümünü qalib ölkə, qalib xalq kimi sonsuz sevinc hissilə qarşıladıq. Qələbə, Zəfər işığına bürünən ölkəmizdə 12 Noyabr – Konstitusiya Gününün qeyd etdirik. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlanıb, ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyulub, bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edib.1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın dövlətçilik iradəsinin, suverenliyinin təcəssümünə çevrilən ali hüquqi sənəd olmaqla ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirib,insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoyub. İlk Konstitusiyamız, eyni zamanda xalqımızın dünyəvi, milli – mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi olub. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunub.

 

Rauf Məlikov- Zərdab Peşə liseyinin direktoru

Şərhlər

Şərh yazılmayıb.