Huquqaz.com

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

17.01.2023
2.008
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

 Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Bu bütün fəaliyyət sahələrində, dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində, həmçinin müstəqilliyimizin ilk illərində qəbul edilmiş qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Artıq indiki Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Bununla əlaqədar olaraq əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranmışdır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl 1992-ci il iyunun 3-də qəbul edilmişdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bunun üzərindən 30 il keçir. Siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasında, genişlənməsində təkmilləşməyə, mövcud reallığa uyğunlaşmağa, daha mükəmməl hüquqi sənədin qəbuluna ehtiyac var.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətov

Şərhlər

Şərh yazılmayıb.