Huquqaz.com

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu ilə bağlı

18.01.2023
2.674
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu ilə bağlı

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu ilə bağlı

Çağdaş dünyamızın bütün sahələrində, insan həyatında belə çox sürətli dəyişikliklər baş verir. Bütün bunlar fonunda mühafizəkar mövqe tutmaq dünyadan geri qalmaq kimi qiymətləndirilə bilər. Müasir dövrdə siyasi fəaliyyət, siyasi düşüncə tərzi tam dəyişmişdir. Azərbaycanda sonuncu dəfə siyasi partiyalar haqqında qanun 1993-cü ildə qəbul edilmişdir. Son otuz ildə Azərbaycanın siyasi həyatında çox mühüm əhəmiyyətə malik hadisələr baş vermişdir. Siyasi partiyaların fəaliyyətində baş verən dəyişikliklər ölkədə siyasi mexanizmlərin yenilənməsinə ehtiyac yaratmışdır. Siyasi partiyalar haqqında yeni qanunda təsbit olunmuş yeniliklər siyasi partiyaların bir çox məqamlarda maraqlarına xidmət edir.

Yeni qanuna əsasən Azərbaycan ərazisində yaradılmış və fəaliyyət göstərən siyasi partiya yalnız Konstitusiya və Azərbaycan Respublikasının qanunlarını pozduğu halda yalnız məhkəmə qaydasında fəaliyyətinə xitam verilə bilər. Yeni Qanunda siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. Şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə edilməməlidir.

Əvvəlki Qanundan fərqli olaraq siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində çalışacaq. Yeni qanun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5000-ə çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək Ədliyyə Nazirliyinə təqdim etməli olacaq. Ədliyyə Nazirliyi 30 gün müddətində sənədləri yoxlayır. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 90 gün müddətində nizamnaməsini və proqramını yeni Qanunun tələblərinə uyğunlaşdırmalı, proqramı olmadığı halda onu qəbul etməli və nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı Ədliyyə Nazirliyinə təqdim etməli olacaq. Siyasi partiyaların üzv sayının artırılması siyasi partiyaların fəaliyyətinin daha effektiv və çoxşaxəli olmasını təmin edəcəkdir .

Ceyhun Ağayev – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.