Huquqaz.com

70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikalarının ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi

01.08.2023
1.521
70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikalarının ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi

70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikalarının ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi

Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycada dövlət səviyyəsində bu məsələlərə hər zaman həssas yanaşılıb bu gün də yanaşılır. Burada bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi.

SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq ciddi cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. Bu hər bir siyasətçinin ata biləcəyi bir addım deyildi. Ulu Öndər riskə gedərək belə bir mövqe nümayiş etdirdi.

Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etdi və nəticədə məqsədinə nail oldu

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi

Bütün həyatını doğma xalqının,vətəninin inkişafına,intibahınahəsr edən , bu yolda misilsiz tarixi uğurlar qazanan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib. Ulu öndər uzaqgörən siyasəti ilə hər zaman Azərbaycan dilinə qayğı ilə yanaşıb.Hələ sovet dövründə, imperiya qadağalarına baxmayaraq , dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması, nəticədə Azərbaycan dilçiliyinin sürətli inkişafı, eləcə də dahiyanə nitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi Ümummill Lider Heydər Əliyevin şərəfli xidməti idi.

Azərbaycan dilinin inkişafından, qorunmasından danışarkən Ümummili Lider  Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi zamanı dil məsələsinə necə həssaslıqla yanaşması hər bir şəxsin yaddaşındadır. Məhz Konstitusiyanın dillə bağlı maddəsinin televiziya ekranlarından canlı yayımda ziyalıların iştirakı ilə müzakirə edilməsi də bunun bariz nümunəsi idi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətə gələn səriştəsiz şəxslərin idarəetmədəki təcrübəsizliyi müstəqilliyimizi uçuruma aparır, ölkəni məhvə sürükləyirdi. AXC-Müsavat hakimiyyəti dövründə bu uçurum özünü daha qabarıq şəkildə büruzə vermişdir. Onlar heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “türk dili” adlandırılmasını təklif edirdilər.

Uzun mübahisələrdən sonra AXC-Müsavat hakimiyyəti xalqın rəyini nəzərə almadan, referendum keçirmədən 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanunu “müzakirə” edərək Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul etmişdir. Hətta təcili olaraq ana dili dərsliklərini “Türk dili” adlı dərsliklərlə əvəzləyərək çapını da həyata keçirmişdir.

Dövlət idarəçiliyində zəngin təcrübəsi olan Ulu öndər Heydər Əliyev sonralar bu məsələyə münasibət bildirərkən Milli Məclisin qəbul etdiyi bu qərarı kəskin pisləyərək demişdi: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır”.

1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev əvvəllər olduğu kimi, Azərbaycan dilinin dövlət səviyyəsində geniş tətbiqi və inkişaf etdirilməsi məsələsınə xüsusi önəm verərək bu sahədə bir sıra mühüm tədbirlər həyata keçirdi .Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli

Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dili statusunu qazanması, gündəlik həyatda, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi Ulu Öndər Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin nəticəsi olmuşdur. Məhz ana dili məsələsində Ümummilli Liderin prinsipiallığı və qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqqında 73-cü maddə daxil edilmişdir. O dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermis üç keçmiş sovet respublikasından biri Azərbaycan idi. Bu, uzaqgörən tarixi addım Ümummilli Liderin ana dilinə dövlətçilik münasibətinin və siyasi qətiyyətinin parlaq ifadəsi idi.

Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli lider ana dilimizin – Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.

Müstəqillik dönəmində  dövlət dili məsələsi geniş müzakirələrdən keçmiş və 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı

Azərbaycan dilinin inkişafı, qorunması, fəaliyyətinin təmin edilməsi kimi tarixi missiyanın yerinə yetirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Hər zaman çıxışlarında dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba məsələlərini diqqətə çatdırırdı. Ana dilinin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə yeni sərəncamın verilməsi dövlətimizin ana dilimizə – dövlət dilinə çox böyük önəm verdiyini, ona həm dövlətçilik atributu kimi, həm də milli dövlət quruculuğunun mühüm amili kimi yanaşdığını sübut edir. Bu baxımdan Azərbaycan Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malikdir. Ulu Öndər bu fərmanda Azərbaycan Respublikasının onillik inkişaf təcrübəsi haqqında danışarkən qeyd etmişdir ki, “Ana dilimizin öyrənilməsi və tətbiqi” sahəsində də hələ görüləsi işlər çoxdur.

Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, dövrün milli-mədəni inkişaf tələblərinə cavab verən tədris işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və bir sıra sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə edilir. Əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi təsir göstərir. Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir”. Bu baxımdan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllinə yeni istiqamət verdi. Ulu Öndərin Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı.

Bu gün Azərbaycan xalqının milli müstəqillik və dövlət müstəqilliyi əldə etdiyi dövrdə yürüdülən dil siyasəti milli dilin inkişaf etdirilməsinin təməl daşları olaraq qəbul olunur və fundamental konseptual əsaslarda inkişaf etdirilir.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu

Azərbaycan dilinin qorunması istiqamətində atılmış ən mühüm addımlardan biri Ulu Öndərin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Belə bir qanunun qəbulu Ulu Öndər  Heydər Əliyev tərəfindən dövlətin milli dil, milli kimlik siyasətinin uğurla və dolğun aparılmasının nəticəsi olaraq ictimai xarakter daşıdı və bununla yanaşı, həm də ana dilinin dövlət dili kimi hüquqi statusu möhkəmləndirdi.  Ölkə həyatında dilin tarixi, müasir vəziyyəti və onun hüquqlarının etibarlı şəkildə müdafiə olunması, hüdudlarının genişlənməsi məsələləri böyük dövləti əhəmiyyəti öz təsdiqini tapdı. Bu qanunun hazırlanması müstəqilliyimizin bəhrəsidir. Müstəqillik illərində bir çox sahələrdə olduğu kimi Azərbaycan dilinin inkişafında, qorunmasında dövlət siyasətinin tərkibi kimi həyata keçirilmişdir. Bu siyasət Ulu öndər Heydər Əliyevin 1969-cu ildən başlayaraq dil haqqında apardığı dil quruculuğu konsepsiyasının davamıdır. Ölkə daxilində dilin qorunması və inkişafının həyata keçirilməsində “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun Azərbaycan dövlətçiliyinin həyata keçirdiyi milli siyasətin tərkib hissələrindəndir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tövsiyələri əsasında dilin inkişaf qanununun hazırlanması, onun dövlət dili səviyyəsində inkişaf təminatının yaradılması ana dili haqqında ardıcıl  siyasətin davam etdirilməsidir.

Ümummilli Lider Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulamış, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkmişdir. Həmçinin qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan, müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri, informativ mənzərə bu dildə çevik, səlisliklə əksini tapa bilir. Azərbaycan dilinin zəngin lüğət tərkibi, minillər boyu xalqımızın varlığını yaşatması əvəzsiz hadisədir. Dil siyasətində  Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti cənab Preziden İlham Əliyev tərəfində  inam və uğurla inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində dövlətin əsas atributlarından olan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələləri həmişə önəmli yer tutur.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.