Huquqaz.com

Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir

23.12.2022
2.266
Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir

Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir

Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər. Serbiya Baş nazirinin müavini, mədən və energetika naziri Zorana Mixayloviçin ölkəmizə səfəri çərçivəsində 2022-ci il iyunun 1-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş” imzalanıb.

2022-ci ilin oktyabrın 1-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak ediblər. Tədbirdə çıxış edən Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib: “ Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı”. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir. Həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə də həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar yaradır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Hazırda inşası davam edən Bolqarıstan-Serbiya İnterkonnektoru istismara verildikdən sonra Azərbaycan qazının Serbiyaya nəql edilməsi mümkün ola bilər.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.