Huquqaz.com

İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır

13.12.2023
2.427
İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır

İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır.

Dekabrın 9-da “Euronews” televiziyasında Prezident cənab İlham Əliyevin yayımlanan müsahibəsində bildirib ki, bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə: “Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük”. Bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacağını qeyd edən Azərbaycan Prezidenti müsahibəsində həmçininbildirib kı, Biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Regionumuzun, Avrasiyanın xəritəsinə baxsanız görərsiniz ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir. Biz ən müasir nəqliyyat infrastrukturunu yaratmışıq. Bu da əlavə imkanlar yaradacaq. Üstəgəl yüz minlərlə keçmiş məcburi köçkünü məskunlaşdırmağı planlaşdırdığımız Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri – bu da əlavə aparıcı qüvvə olacaqdır. Beləliklə, səmimi desəm nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial riskləri görmürəm.

Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Bütün bu uğurlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin yaratdığı yeni reallıqlar, yürütdüyü tam müstəqil siyasət və qlobal lider kimi artan nüfuzunun nəticəsidir. Etibarlı tərəfdaş statusuna sahiblənən Prezident cənab İlham Əliyev həyata keçirdiyi diplomatiya ilə əsl reallığı nümayiş etdirir. Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından dünyada ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Artıq heç kim Azərbaycanla təhdid dili ilə danışa biməz.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri.

 

 

Sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz.

Böyük nailiyyətlərə imza atan, nəhəng enerji layihələrinin təşəbbüskarı olan Azərbaycan bu gün tam müstəqil siyasət yürüdür, qlobal mövqelərini durmadan yüksəldir. Ölkəmizin inkişaf göstəriciləri bir daha sübut edir ki, bəzi dövlətlərin 200 ildə əldə etdiyi nailiyyətləri biz son 20 ildə qazanmışıq. 2003-cü ildən bu tərəfə ümumi daxili məhsulun dörd dəfə, dövlət büdcəsi gəlirlərinin 30 dəfədən çox, xarici ticarət dövriyyəsinin isə 10 dəfədən çox artması, ölkəmizə 300 milyard ABŞ dolları həcmində sərmayə qoyulması dediklərimizin bir daha təsdiqidir. Bütün bu uğurların müəllifi olan dövlətimizin başçısı cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibəsində ölkəmizin keçdiyi inkişaf yoluna nəzər saldı, reallaşdırdığı layihələrdən və onların əhəmiyyətindən, həmçinin qarşıda görüləcək işlərdən bəhs etdi. Öncə onu deyim ki, Prezident İlham Əliyevin dünyanın nüfuzlu media orqanlarına müsahibələri, eləcə də müxtəlif platformalarda etdiyi çıxışlar beynəlxalq ictimaiyyətin hər zaman diqqətində olur. Hətta Vətən müharibəsi gedən vaxt və ondan sonrakı dövrdə verdiyi müsahibələr dünyada ən çox izlənilənlər sırasında idi. Məntiqli cavabları, tutarlı arqumentləri və dəyərli fikirləri ilə erməni yalanlarını üzə çıxardı, iftiralarını iflasa uğratdı. Həm də beynəlxalq KİV, ekspertlər, politoloqlar mövzu üzrə danışarkən birmənalı şəkildə cənab İlham Əliyevin müsahibələrindəki fikirlərinə istinad edirdilər.

Prezident cənab İlham Əliyevin müəllifi olduğu reallıqlar regionda sülh və təhlükəsizliyə, əməkdaşlığa geniş yol açıb, onun təşəbbüsləri ilə ərsəyə gələn layihələr Avropanın üzləşdiyi enerji böhranında yeganə çıxış yolu hesab olunur. Müdrik siyasəti ilə Azərbaycanı dünya, o cümlədən region üçün ən əhəmiyyətli ölkəyə çevirib. Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində dünya ictimaiyyəti onun ədalətli mövqeyinə, humanist və demokratik yanaşmalarına şahid oldu. Odur ki, cənab İlham Əliyevin müxtəlif aspektdə fikirləri hər zaman böyük maraq doğurur və yüksək qiymətləndirilir.

Prezident cənab İlham Əliyev dekabrın 9-da “Euronews” televiziyasında yayımlanan müsahibəsində qeyd edib ki, hazırda qarşımızda duran vacib hədəf işğaldan azad edilən Şərqi Zəngəzurun və Qarabağın bərpasıdır. Dövlətimiz ötən qısa zaman kəsiyində bu istiqamətdə böyük işlər görüb, böyük tikinti-quruculuq işləri həyata keçirib. Sakinlərin öz yurdlarına dönməsi prosesi davam edir, 2026-cı ilin sonunadək 140 min sakinin yerləşdirilməsi nəzərdə tutulub. İnanırıq ki, cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu işin öhdəsindən layiqincə gələcək və “Böyük Qayıdış” proqramını uğurla yekunlaşdıracaq. Dövlətimizin başçısı Azərbaycanda bərqərar olan siyasi sabitliyə də toxunaraq bildirib ki, bu bizim ən böyük nailiyyətimizdir. Çünki daxildə sabitlik, birlik olmasa, heç bir inkişafdan, tərəqqidən söhbət belə gedə bilməz və bunu müdrik xalqımız aydın dərk edir. Azərbaycanda mövcud olan sarsılmaz sabitlik, həmrəylik nümunəvi xarakter daşıyır. Parlaq Qələbəmizlə sona çatan Vətən müharibəsində dünya bunun bir daha şahidi oldu.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri.

 

 

Neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Böyük marağa səbəb olan bu müsahibə dekabrın 9-da elə həmin kanalda yayımlanıb. Müxbirin çoxsaylı suallarını ətraflı cavablandıran ölkə başçısı öz müsahibəsində mühüm əhəmiyyət kəsb edən məqamlara da toxunub.Ölkəmizin iqtisadi  inkişafından danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın iqtisadi inkişafın təməlində aparılan islahatlar dayanır. Bu islahatların nəticəsidir ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olub. Bununla belə hazırda neft və qaz sektoru ölkə iqtisadiyyatının əsas hissəsi olmaqda davam edir. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb. Görülən tədbirlər sayəsində yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə endirilməsinə nail olunub. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. Azərbaycanın xarici borcunun səviyyəsinin azaldılması istiqamətində də işlər görülür və bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu da öz növbəsində Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Bugünkü geosiyasi vəziyyətdə yaranan çətinliklərə baxmayaraq gələn il üçün iqtisadi artımın daha çox olacağı planlaşdırılıb.

Ölkə başçısı həmçinin bildirib ki, gələn il üçün Azərbaycanın əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcəkdir. Qarşıda duran əsas məqsədlərdən birincisi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər tez qayıdışının və məskunlaşmasının təmin edilməsidir. Nəzərdə tutulub ki, 2026-cı ilin sonunadək 140 min insan öz yurdlarında yerləşdiriləcək.  Bunun üçün isə tam yeni infrastruktur yaradılır, yaşayış yerləri inşa edilir və sosial infrastruktura böyük vəsait yatırılır. Həmçinin, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq. Xarici sərmayələrə gəldikdə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Buna görə də bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı keçirilib. Növbəti 5-6 ildə isə 10 qiqavat həcmində günəş və külək enerjisi istehsal edilməsi planlaşdırılır.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri.

 

 

 Əsas dövlət xərcləriazad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək.

“Euronews” televiziyasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi müsahibədə ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirlərini bölüşüb. Əsas məqamlardan biri də odur ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Əlbəttə ki, bu uğura dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olunub. Hazırda dünyada mürəkkəb proseslər baş verir və bu da təhlükəsizlik amilini önə çıxarır. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Uğurlamızın əsasında dayanan əsas amillərdən biri məhz dövlətimizin müstəqil siyasət yürütməsidir. Bu səbəbdən də ölkəmizin beynəlxalq aləmdə nüfuzu davamlı olaraq yüksəlir. Təsadüfi deyil ki, Azərbaycan dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bir çox üzv ölkənin – 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb. Cənab Prezidentin müsahibədə dediyi kimi, Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı. Bundan başqa, Azərbaycanın öz qonşuları ilə münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Yalnız torpaqlarımızı 30 il işğal altında saxlamış Ermənistanla münasibətlər mövcuddur deyil.

Dövlətimizin başçısı müsahibəsində Ermənistanın işğal siyasətinin nəticələri, torpaqlarımızın öz gücümüzə azad edilməsi və Ermənistanla sülh sazişinin imzalanması perspektivləri barədə fikirlərini ifadə edib. Bir daha bəyan olunub ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Qarabağ ermənilərinə gəlincə, dövlətimiz hər zaman bəyan edir ki, könüllü şəkildə Ermənistana köçən həmin ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşaya bilərlər. Bu məqsədlə  Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Azərbaycan çoxmillətli dövlətdir. Eyni zamanda, bütün vətəndaşlarımız qanun qarşısında bərabərdir. Hər kəs də dövlətimizin qanunlarından kənar addımlara yol verməməlidir. Bütövlükdə, dövlətimizin başçısının müsahibəsi regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri.

 

 

Azərbaycan bir ay içində xarici borcunu ödəyə bilər.

Azərbaycan gerşəkliklərini bilməyə dünyanın dövlətlərinin mediası  böyük maraq göstərir. Bu maraq Aərbaycan kimi bəşəri bir dövlətlə münasi­bətlərin daha da genişləndirilməsini, möhkəmlənməsini, daha geniş sahələr üzrə iqtisadi əlaqə­lə­rin dayanıqlığını təmin etməyə istiqamətləndirilir. “Euronews” televiziyasına Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyevə sualları da məhz bu istəyin nəticəsi idi. Mahiyyətində həm siyasi, həm də iqtisadi çalarlar olan suallara verilən məntiqli, əsaslan­dı­­rıl­mış cavablar Azərbaycan gerçəkliklərini ifadə edir və bu səviyyədə ifadəetmə siyasi təfək­kü­rün  gemişliyinin təsdiqidir. “Euronews” televiziyasına verdiyi müsahibədə neft və qaz sek­torunun Azərbaycanın iqtisadiyyatının əsas hissəsi olduğunu, belə də davam etdiyini, bu il neft hasila­tı­nın cüzi aşağı düşməsi səbəbindən iqtisadi artımın nisbətən zəif­­lə­­di­yini, ümumi daxili məhsulun dörd dəfə artdığını, əsas dövlət xərclərinin azad edilmiş Qarabağa və Şərqi Zən­gə­zura yönləndiriləcəyini, keçmiş məcburi köçkünlərin mümkün qədər tez yerləş­di­rilməsi zəru­rə­tini,  2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsinin  planlaş­dı­rıldığını, bunun üçün infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalı olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev verilən suala cavab olaraq bildirdi  ki, əhə­miy­yətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Bu, birbaşa xa­ri­ci investisi­ya­ların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı olub. Növbəti 5-6 ildə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalı planlaşdırılır. Azərbaycan bəşəri dövlətdir. İkinci Qarabağ müharibəsində Zəfər qazandı. Bundan sonra regionda sülhün bərqərar olmasının ciddi tərəfdarıdır. Sülh birtərəfli olmur, ikitərəfli və çoxtə­rə­fli olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionda müasir sülh posesi haqqında bildirdi: “Azərbaycan sülh sazişi üçün əsas gö­tü­rü­lə­cək beş təməl prinsipi hazırlayıb: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması, gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kom­munikasiyaların açılması və münasibətlərin normallaşması. Bütün bunlar bey­nəl­xalq hüquqa əsaslanır”. Dövlətlərin siyasi münasibətləri iqtisadi münasibətlərlə davam edir və hər hansı dövlətin başqa bir dövlətə borcu olması təbiidir. Bir, yaxud bir neçə dövlətə borcu olan dövlətə neçə-neçə dövlət  də borclu olur. Yəni borc dövlətlər arasında iqtisadi münasibətlərə də bir vasitədir. Müsahibədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məqamla bağlı Azərbaycanın iqtisadi potensialının yüksəkliyini vurğulayıb: “Azərbaycan bir ay içində xarici borcunu ödəyə bilər. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Əsas beynəlxalq faktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik – bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur”.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.