Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur
Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur
Azərbaycan və Albaniya arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumlarında bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş Prezidentləri iştirak etmişlər. Azərbaycan və Albaniya arasında əməkdaşlıqda enerji sahəsi ən vacib sahələrdən biridir. Trans-Adriatik Kəməri (TAP) qaz boru kəməri layihəsinin həyata keçirilməsi bu istiqamətdə strateji əhəmiyyət daşıyır. Eyni zamanda Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Prezident cənab İlham Əliyevin Albaniyaya səfəri zamanı təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir. Enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən olduğunu bildirən dövlət başçımız bildirmişdir: “Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır”.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Kamal Xəlilov
Şərh yazılmayıb.