Huquqaz.com

VƏTƏNin oğlu – Onlar Allah dərgahında diridirlər

06.12.2024
2.001
VƏTƏNin oğlu – Onlar Allah dərgahında diridirlər

DogruXeber.az: – “Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmağa can atarlar”. (Məhəmməd peyğəmbər s.a.s)

Şəhid olmaq Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin azadlığına, ölkənin müstəqilliyinə, firavanlığına bağışlamaqdır.

Şəhidlik məqamdır, ən ali məktəbdir.

Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətəni uğrunda canımızdan keçəcək qədər sevməyi öyrənirik.

Hər dəfə Şəhidlər xiyabanlarında yaşanan izdihamlarda şəhidlərin əbədi xoşbəxtliyinin, bizdən daha çox – tarix boyu yaşayacaqları həqiqətinin şahidi oluruq.

Görünür, ən böyük xoşbəxtlik elə Vətən üçün ölməkdir.

Amma yox, “ölmək” deyərkən bir gerçəyi unutduq deyəsən. Müqəddəs Quranı-kərimdə Rəbbimiz belə buyurur:

“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (BƏQƏRƏ SURƏSİ 154)

Doğrudur, şəhid olmaq xoşbəxtliyi hər insana da nəsib olmur…

Bu gün bizim qürur mənbəyimiz olan, alnımızdakı məğlubiyyət ləkəsini öz qanları ilə yuyub təmizləyən şəhidlərimiz, ölkəmizin tarixində Azərbaycanın qeyrətini, türkün gücünü məqamları qədər yüksək səviyyədə dünyaya göstərmiş şanlı, şərəfli səhifəsidir.

Bu gün hər bir ölkə vətəndaşı “Bu Vətən bizimdir” deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən qəhrəman oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidir.

Onların hər birinin dünyaya gəldiyi gündən, qiyamətə qədər tarixdə var olacaq izlərini onların adlarına layiq şəkildə yad etmək bizim vətəndaş borcumuzdur, vəfa borcumuzdur.

DogruXeber.az” xəbər verir ki, bu gün Allah dərgahında diri olan daha bir ər igidin doğum günüdür.

VƏTƏNin oğlu -  Onlar Allah dərgahında  diridirlər

Abduləzimli Emil Rasif oğlu 6 dekabr 1994-cüildə Zəngilan rayonunda anadan olub. O, heç vaxt görmədiyi və həsrətilə böyüdüyü doğma yurdu Zəngilan rayonunu işğaldan azad etmək üçün 2020-ci il sentyabrın 27-də könüllü döyüşə gedərək mənfur düşmənə qarşı qəhrəmancasına döyüşüb. Ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Emil Abduləzimli 2020-ci ilin, oktyabrın 19-da şəhadət zirvəsinə ucaldı, şəhadətindən bir gün sonra silahdaşları onun qisasını alaraq, Zəngilan rayonunu işğaldan azad etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Sumqayıt şəhər şəhidlər xiyabanında dəfn olunub.

Möhtərəm Şəhidlər, Sizə Rəbbimiz elə gözəl dua edib, elə böyük mükafat verib ki, bizə sadəcə sizinlə qürur duymaq qalır.

Rahat uyu, ŞƏHİDİM !

Gözün aydın, şəhid anası, oğlun Emil 30 yaşını bu gün Tanrı ilə birlikdə cənnətdə qeyd edir.

VƏTƏNin oğlu -  Onlar Allah dərgahında  diridirlər

VƏTƏNin oğlu -  Onlar Allah dərgahında  diridirlər

VƏTƏNin oğlu -  Onlar Allah dərgahında  diridirlər

VƏTƏNin oğlu -  Onlar Allah dərgahında  diridirlər

VƏTƏNin oğlu -  Onlar Allah dərgahında  diridirlər

Şərhlər

Şərh yazılmayıb.