Huquqaz.com

Azərbaycan uğurlu nəticəyə əvvəlcədən də əmin idi

26.11.2024
2.279
Azərbaycan uğurlu nəticəyə əvvəlcədən də əmin idi

Azərbaycan uğurlu nəticəyə əvvəlcədən də əmin idi.

Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir. Bundan əvvəlki tədbir – COP28 keçən il Dubayda keçirilib. Bir neçə ildir ki, dünya ölkələri dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmağa çalışırlar və bunu COP adlanan illik konfransda növbəti addımları müzakirə edirlər. Tədbirin açılışında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın ixrac bazarlarına diqqət yetirdiyini və öz tərəfdaşları ilə birgə mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirməyə çalışdığını bildirib. Ancaq dünyanın bir çox önəmli liderləri – Çin lideri Çi Cinpin, Hindistan Baş Naziri Narendra Modi, Böyük 7-lərdən Almaniya, Fransa liderləri bu tədbirə gəlməyib. Bunun müxtəlif səbəbləri var, birinin ölkəsində böhrandır, o birinin Azərbaycan hökuməti ilə münasibəti yaxşı deyil, digərləri isə gözləmə vəziyyətindədir – Trump ABŞ-ı COP-dan çəkilə bilər. Bir çoxları da COP30- da iştirak edəcəyi üçün, bu dəfə gəlməməyi seçmiş ola bilər. Bu COP-da önəmli məsələ puldur – kasıb ölkələrin istixana qazlarını kəsə bilməsi üçün onlara maliyyə toplamaqdır, xüsusilə də, dünyanın isinməsinə cavabdeh olan böyük ölkələrdən. Ancaq onlar tədbirə gəlməməyi seçiblər. Bu isə, COP29-da önəmli maliyyə razılaşması əldə ediləcəyinə dair ümidlərə kölgə salır.

Əgər yoxsul ölkələr emissiyaları azaltmaq, iqlim böhranının təsirlərinə uyğunlaşmaq və

aldıqları hər hansı iqlim maliyyəsini hesablamaq üçün cəhd etdiklərini isbat edə bilsələr, inkişaf etmiş ölkələrin iqlim maliyyəsini onlardan əsirgəmək üçün daha az bəhanələri olacaq.

Azərbaycan belə bir önəmli tədbirdə təşkilatçılıq vəzifəsini yüksək səviyyədə yerinə yetirdi. Bütün baş verəcək problemlər əvvəlcədən düşünülüb həll edilmişdi  Hətta COP29 dövründə ümumilikdə 500 avtomobil istifadə edilmiş, onlardan 210-u Liderlər Sammiti üçün cəlb olunmuşdur. Bundan başqa 140 elektrik avtobusu da tədbir iştirakçılarına xidmət etmişdi. Tədbir müddətində COP29-da iştirak üçün qeydiyyatdan keçib akkreditasiya əldə etmiş hər kəsin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin edilib. Və planlaşdırıldığı kimi də oldu. Azərbaycan daha bir sınaqdan uğurla çıxdı.

Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Fəti Fətizadə.

 

 

Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan İqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. 

Azərbaycanın zəfərini, artan iqtisadi gücünü, qlobal, regional əhəmiyyətini qəbul edə bilməyən bəzi dairələr bir ildən artıq bir müddətdə COP29 sammitinin Bakıda keçirilməsini baykot etməyə çalışsalarda öz çirkin niyyətlərinə nail ola bilmədilər. Fransa, Niderland kimi ölkələrin başçılığı ilə ölkəmizə qarşı birləşmiş bəzi media qurumları, kütləvi informasiya vasitələri COP29 İqlim Sammitinin vətənimizin paytaxtında keçirilməsini əngəlləmək üçün hərcür şər-böhtandan, qarayaxmadan istifadə etsələrdə Ali Baş Komandan İlham Əliyevin müdrük xarici siyasəti, dövlətimizin gücü qarşısında əyilərək sonda beynəlxalq sammitin Bakıda keçirilməsini acizanə şəkildə seyr etdilər. Ölkəmiz  “Yaşıl dünya naminə həmrəklik” şüarını rəhbər tutaraq bitərəf vasitəçi kimi çıxış edib danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün dünya Bakının naliyyətlərinin, potensial gücünün, gözəlliyinin, xalqımızın qonaqpərvərliyinin şahidi oldu. Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) bəşəriyyət üçün tarixi naliyyətlər əldə edildi. İlk olaraq “Bakı maliyyələşdirmə məqsədləri” (Baku Finance Goal) adlı yeni iqlim maliyyə meyarının yaradılması ilə bağlı sıçrayışlı konsensus əldə edilib. Dünyanın mötəbər kütləvi informasiya vasitələrinin verdiyi məlumatlara görə, bu mexanizm 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinin inkişafı üçün hər il 1,3 trilyon  ABŞ dollarının səfərbər edilməsinin nəzərdə tutur. Ölkəmizdə müəyyən olunmuş yeni hədəfin əsas hissəsini inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlər üçün iqlim layihələrinə ildə ən azı 300 milyard ABŞ dolları ayırmaq öhdəliyi təşkil edir. Bu əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çoxdur. Bakının maliyyələşdirmə məqsədi geosiyasi parçalanmanın yaşandığı müasir dünyada əldə oluna biləcək ən yaxşı razılaşmadır. Azərbaycan qlobal iqlim maliyyəsinin arxitekturasının həmişəlik dəyişməyi bacardı. Bundan əlavə COP29-da “Bakı maliyyələşdirmə məqsədləri” ilə yanaşı, karbon bazarlarının tənzimləyən Paris Sazişinin 6-cı maddəsi ilə bağlı on illik danışıqlar başa çatdı. Hesablamalar onu göstərir ki, karbon bazarından maliyyə axını 2050-ci ilə qədər ildə 1 trilyon dollara çata bilər ki, bu da milli iqlim planlarının həyata keçirilməsi xərclərini hər il 250 milyard dollar azalda bilər.  Konfransda, həmçinin 2025-ci ildə vəsaitlərin paylanmasına başlayacaq  İtki və Zərər Fondunun fəaliyyətə başlaması qərara alınıb. Ümumi olaraq ölkəmizdə keçirilən Beynəlxalq COP29 sammitini iqlim əməkdaşlığının yeni dövrünün başlanılması kimi qiymətləndirmək olar.  Mübaliğəsiz söyləyə bilərik ki,COP29 iqlim dəyişikliyi ilə mübarizədə əsas addımları qeyd edən əlamətdar hadisəyə çevrildi.

Əlvənd kənd H. Zərdabi adına tam orta məktəbin direktoru Elvin Xəlilov

Şərhlər

Şərh yazılmayıb.