Huquqaz.com

Azərbaycan ədalətli sülh istəyir

13.11.2022
2.147
Azərbaycan ədalətli sülh istəyir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələbi daim sülh və ədalətin olması idi. Lakin öz çirkin əməllərindən əl çəkmək istəməyən erməni tərəfi danışılar prosesinə əngəllər törətməyə cəhd edir, hər yolla gərginlik yaratmağa çalışırdı. İllərdən bəri müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. 30 ilə yaxındır ki, Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində müharibənin əziyyətlərini yaşayan, qaçqın, köçkün problemi ilə üzləşən Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzün bərpası üçün aparılan müzakirələrdə, danışıqlarda sülhsevər siyasətini diqqətə çatdırır. Cənab Prezident İlham Əliyev dəfələrlə bütün bu proseslərin sülh yolu ilə həllinə çalışmış və bölgədə ədalətli sülh olmasının tərəfində olduğunu göstərmişdir. Buna qarşı çıxanlara isə 44 günlük Vətən müharibəsində layiqli cavab vermiş, ədaləti bərqərar etmişdir. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi.

Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dövlətimizin gücünün təsdiqidr. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident cənab İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür.

 

Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Jalə Kərimli

Şərhlər

Şərh yazılmayıb.