Huquqaz.com

Müstəqil Azərbaycanın inkişafında önəmli tarix

13.11.2022
1.574
Müstəqil Azərbaycanın inkişafında önəmli tarix

Azərbaycan 70 illik əsarətdən qurtularaq 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən rəsmən elan etdi. XX əsrdə Şərqin ilk demokratik respublikası Azərbaycan Demokratik Respublikası olsa da, təəssüf ki, qısa ömür yaşamışdı. Sovet imperiyasının dağılmasından sonra dövləti yenidən qurmaq istiqamətində mühüm qərarlar qəbulu olunmalı idi. Ölkədə siyasi, sosial və iqtisadi cəhətdən dağınıqlıq hökm sürürdü. Bu qarışıqlıqdan yaranmış problemlər vəziyyəti gərginləşdirirdi. Belə bir vəziyyətdə atılacaq ilk mühüm addım müstəqil dövlətin qanunlarını, yəni Konstitusiyasının qəbulu idi.

Azərbaycan Demokratik Respublikası qısa ömür sürmə səbəbindən o zaman müstəqil dövlətin Konstitusiyası hazırlanmamışdı. Müstəqil Azərbaycan Respublikasının ilk yeni Konstitusiya layihəsi Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə komissiya tərəfindən hazırlanmışdır. Müstəqil Azərbaycan Respublikasının ilk yeni Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilərək noyabrın 27-dən qüvvəyə minmişdir.

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında ölkənin müstəqilliyini, suverenliyini, təhlükəsizliyini, elm və təhsilini, humanizm və insanpərvərlik prinsiplərini qoruyacaq bütün maddələr əksini tapmışdır. Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Burada ölkənin demokratik yolla idarə edilməsinə dair bütün müddəalar daxil edilmişdir.
Qəbul edilmiş Konstitusiyaya əsasən, Azərbaycanda Respublikası demokratik, hüquqi, dünyəvi dövlətdir. Burada din dövlətdən ayrıdır. Ərazidə yaşayan əhalinin etiqadına hörmətlə yanaşılır. Təhsil müəssisələrində dünyəvi biliklər tədris olunur.
Qəbul edildiyi vaxtdan Azərbaycan Konstitusiyasına üç dəfə referendum yolu ilə dəyişiklik olmuşdur. 2002-ci il avqust ayının 24-də, 2009-cu il mart ayının 18-də və 2016-cı il sentyabr ayının 26-da ümumxalq səsverməsində (referendumda) dəyişikliklər qəbul edilmişdir.
1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

Şərhlər

Şərh yazılmayıb.