Huquqaz.com

Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib

05.07.2022
2.217
Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib

Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib

30 iyun 2022-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında cənab Prezident İlham Əliyevin iştirak və çıxış edib: Bu gün Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş vermişdir. Belə ki, 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsinin və eyni zamanda ölkə başçısının apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir. 44 günlük Vətən müharibəsində Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Bütün bunlar Azərbaycan dövlətinin sülhsevər ədalətli və beynəlxalq hüquq və normalara tam şəkildə riayət edən dövlət olduğundan irəli gəlir. Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına və ayrıseçkiliyə qarşı mübarizə aparmaqla beynəlxalq aləmdə Azərbaycan xalqına və dövlətinə olan etimad və rəğbətin daha da güclənməsinə nail olmuşdur.

Bahar Qurbanova

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.