Erməni miflərinə son
Böyük zəfərin başlanğıcı olan Aprel döyüşləri atəşkəs rejimi dövründə Azərbaycan və erməni qoşunlarının təmas xəttində o vaxtadək ən böyük hərbi qarşıdurma baş verdi və erməni tərəfinin xeyli canlı qüvvə və hərbi texnikası məhv edildi. Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz ermənilərin lovğalıqla “keçilməz” elan etdikləri istehkam xətlərini bəzi yerlərdə 20 dəqiqəyə, bəzi yerlərdə isə 2 saata yarıb keçdi.
2018- ci ildə Paşiniyanın hakimiyyətə gəlişi, danışıqlar prosesinə əngəllər törətməsi, “yeni torpaqlar üçün yeni müharibə arzusu” sülh prosesinə ağır zərbə vurdu. Bütün bunlara cavab olaraq, Cənab prezident İlham Əliyev Valday Beynəlxalq Diskusiya Klubunun iclasında beynəlxalq ictimaiyyət qarşısında “Qarabağ Azərbaycandır və nida işarəsi” dedi.
2020-ci il sentyabrın 27- də təcavüzkar erməni hərbi birləşmələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini atəşə tutması, sonradan hərb tarixinə qızıl hərflərlə həkk olunan Vətən müharibəsinin başlanması üçün qığılcım oldu. Tanınmış hərbi mütəxəssislər belə fikirdə idi ki, Füzulini azad etmək aylarla vaxt alacaq. Lakin qəhrəman Azərbaycan ordusu hərbi kitablara daxil ediləcək mürəkkəb əməliyyatla bu missiyanı yerinə yetirdi. Azərbaycan Ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar verərək Şuşaya sıx Qarabağ meşələrindən 3 gün ərzində onlarla kilometr uzunluğunda yeni yol açaraq, ermənilərin 30 ildə qurduğu “müdafiəni” yardı. Xalq- dövlət- ordu birliyi ermənilərin öz məğlubiyyətlərini etiraf etmələrinə gətirib çıxardı. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Jalə Kərimli
Şərh yazılmayıb.