Huquqaz.com

Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir

08.06.2024
2.898
Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir

Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir.

Orta dəhliz layihəsinin ideyadan, cəlbedici konsepsiyadan real layihəyə çevrilməsində  mahir strateq kimi Prezident İlham Əliyevin  qlobal və regional kontekstin obyektiv analizindən, transmilli layihələrin uğurlu icrasından,  intuisiyasından qaynaqlanan strateji yanaşması mühüm rol oynayır və çoxtərəfli səylərin bünövrəsini formalaşdırır. Azərbaycan bu gün yeni geosiyasi çağırışların ticari, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi nəzərdən keçirilən qlobal nəqliyyat şaxələndirilməsində mühüm rol oynayır. Son 10 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın tranzit potensialının gücləndirilməsi sahəsində atılmış addımlar ölkəmiz üçün yeni mərhələdə yeni imkanlar yaradıb. Azərbaycan region ölkələri arasında ən yaxşı start imkanlarına malikdir. Son illər ölkəmizin təşəbbüskarı və əsas iştirakçısı olduğu transmilli enerji, nəqliyyat və iqtisadi layihələrin müasir kontekstdə və yeni reallıqlar fonunda analizi  Prezident İlham Əliyevin strateji uzaqgörənliyinə bir daha diqqət çəkir.  Prezident İlham Əliyevin strateji uzaqgörənliyi ilk növbədə onun mahir strateq kimi Mərkəzi Asiya və Qafqazın Avropa ilə əlaqəsini gücləndirmək üçün Xəzər dəhlizi və Cənubi Qafqaz regionunun imkanlarını xarici tədqiqatçıların qeyd etdiyi kimi, Çinə, eyni zamanda Avropa ölkələrinə, Türkiyəyə, zaman keçdikcə Hindistana belə “ixracın diversifikasiyası strategiyasını həyata keçirməyə imkan yaradacaq alternativ “Şərq-Qərb”, “Şimal-Cənub” dəhlizlərinə potensial ehtiyacları, Xəzər regionu hövzəsi ölkələrinin enerji və türk dövlətlərinin inteqrasiyası, əməkdaşlığı potensialını, regional kooperasiyanın əhəmiyyətini əvvəlcədən düzgün dəyərləndirməyə və buna müvafiq xarici siyasət, nəqliyyat-logistika və enerji strategiyasının işlənib hazırlanmasına, addım-addım həyata keçirilməsinə nail olmasında təzahür edir. Orta dəhliz eyni zamanda Türk Dövlətləri Təşkilatı üzvlərinin  ticarətdən faydalanması üçün yeni imkanlar yaratmaq, Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlərin və azad ticarət zonalarının yaradılması baxımından TransXəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac vardır. Xatırladaq ki, istismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmalarının inkişafını da vurğulamalıyıq. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. Bakı – Aktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. Yüklərin daşınmaları da yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s. daşınmasını xeyli səmərəli edir.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

 

Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindəndir. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının bir qrupunu qəbul edib. Qəbulda TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri ilə bərabər Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın rəsmi nümayəndələri də iştirak ediblər. Azərbaycan lideri Türk dünyasının parlament nümayəndələri ilə görüş zamanı son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlərin birliyimizi daha da gücləndirdiyini qeyd etdi. Bunun əlamətlərindən biri kimi yaxın vaxtlarda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirdi. Yeri gəlmişkən, Türk dünyası liderlərinin Şuşa Zirvəsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçiriləcək. Prezident onu da qeyd etdi ki, bu cür zirvə toplantılarının ildə bir dəfə yox, daha tez-tez keçirilməsinə ehtiyac var. Türk dövlətlərinin başçılarının Zirvə görüşünün Şuşada keçirilməsi sözsüz ki, böyük mənəvi, siyasi əhəmiyyətə malikdir. Bu həm də rəmzi məna daşıyan bir görüş olacaq. Şuşa görüşü birlik və qardaşlığın Zirvəsi olacaq. Burada söhbət həm də 44 günlük müharibə zamanı və ondan sonrakı dönəmdə türk dövlətlərinin Azərbaycana verdiyi dəstəkdən gedir. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və bu gün sürətlə quruculuq-bərpa işlərinin aparıldığı Şuşa şəhərinə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin səfərləri baş tutub. Beləliklə, bu gün Qarabağ Türk dünyasını birləşdirən mərkəzə çevrilir. Bəli, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Dövlət başçısı bu məqamı xüsusi olaraq qonaqların diqqətinə çatdırdı. Liderlərin Şuşadakı Zirvə görüşü isə bu birliyi daha da möhkəmləndirəcək. Şuşa görüşünün əsas mövzularından biri də nəqliyyat-logistika ilə bağlı olacaq. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının daha sıx birləşməsi üçün hava-su kimi vacibdir. Şuşada keçirilən Zirvə görüşü bu prosesə ciddi təkan verəcək. Ölkə başçısı görüşdə bildirib ki, “TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur”.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Əvəz Soltanov

Şərhlər

Şərh yazılmayıb.