44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü
Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. Işğal altında qalan torpaqlarımız cəsur əsgərlərimizin rəşadəti ilə düşmən caynağından xilas oldu. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. 44 günlük müharibədə düşmənə qarşı qəhrəmanlıqla döyüşən cəsur eloğullarımız ölümün gözünə dik baxdılar, yaralandılar, zərbələndilər, amma qorxmadılar. Azərbaycan haqq işi yolundakı qələbəini dekabrın 10-da Zəfər paradı ilə qeyd etdi. Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti də iştirak edib. İki böyük dövlətin rəhbərlərinin möhtəşəm qələbənin qeyd olunması mərasimində bir araya gəlməsi düşmən dövlətləri qıcıqlandırsa da reallıq budur ki, ədalət bərpa olundu. Azərbaycanın igid öğullarının şücaəti ilə yurdumuzda işğalçılıq tarixlərinə son qoyuldu.
Yaxın tariximizə baxarkən görürük ki, xalqımız çox acılar çəkib. Düşmən yurd yerlərimizi işğal edərkən yüzlərlə insanı qətlə yetirdi, əsir götürdü, olmazın vəhşiliklər törətdi. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın. Azərbaycan əraziləri 30 ilə yaxın idi ki, işğal altında idi. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır. Azərbaycan torpaqlarının azad edilmısi ilə bağlı qətnamələr də kağız üzərində qalmışdı. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində oldu. Torpaqlarımız azad edlib. Azərbaycanın tarixində yeni səhifə başlanır. Ölkəmiz üçün yeni dövr başlayır – quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Onlar hamısı bərpa ediləcək.
Məğlubiyyət ermənilər üçüm qaçılmaz idi. Çünki onlar özgə torpağını işğal etmişdilər. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Bu müharibədə həm də ermənipərəst dövlətlər yaxşı dərs aldılar. Gördülər kiki, ədalətin qarşısında bütün saxtakarlıqlar məğlubdur.
10 dekabr Azırbaycan tarixinin Zəfər gününün təntənə ilə qeyd edilməsini təkcə ölkəmizdə deyil, dünyada da canlı olaraq izlədilər. Hamı gördü ki, iqtisadi cəhətdən durmadan inkişaf edən Azərbaycanın hərbi bazası da möhtəşəmdir, şəxsi heyəti də cəsurdur. Xalqımız uzun illər idi bu Qələbənin həsrətində idi və dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə bu Qələbəmiz tariximizin şanlı səhifəsinə həkk olundu.
Zərdab şəhər 1 saylı məktəb liseyin müəllimi – Çinarə Fərəcova
Şərh yazılmayıb.