Huquqaz.com

Gəncliyə Dəstək İB “Zəfərə aparan vətənpərvərlik” mövzusunda tədbir keçirib-FOTO

06.11.2022
1.511
Gəncliyə Dəstək İB “Zəfərə aparan vətənpərvərlik” mövzusunda tədbir keçirib-FOTO

Gəncliyə Dəstək İB “Zəfərə aparan vətənpərvərlik” adlı layihəsi çərçivəsində elan olunmuş eyni adlı inşa və rəsm müsabiqəsinin mükafatlandırma mərasimini keçirdi.

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfərə aparan vətənpərvərlik” layihəsi çərçivəsində elan olunmuş eyni adlı inşa və rəsm müsabiqəsinin mükafatlandırma mərasimini keçirdi.TədbirZərdab rayon Mərkəzi kitabxanasında 75 məktəbli gəncin iştirakı ilə təşkil olunub.

İnşa və rəsm müsabiqələri Zərdab rayon Gənclər və İdman İdarəsi və Zərdab rayon Təhsil Sektoru ilə birgə təsdiq olunmuş əsasnaməylə həyata keçirilmişdir.

Qanunla.Az xəbər verir ki, tədbirdə Zərdab rayon Gənclər və İdman İdarəsinin rəis müavini Əvəz Soltanov, aparıcı məsləhətçisi Bahar Qurbanova, məsləhətçisi Məleykə Hümbətova və qalibləri müəyyən edən münsiflər heyəti – rəsm müsabiqəsi üzrə ekspert Azad müəllim və inşa müsabiqəsi üzrə ekspert Zərifə müəllimə, Hərbi rəhbər RüfətCəfərov iştirak və çıxış ediblər.

Tədbirdə qaliblər sertifkat və hədiyyələrlə təltifləndiriliblər.

Tədbir iştirakçılarına papka, dəftər, qələm, buklet paylanıb. Tədbir iştirakçıları üçün çay süfrəsi təşkil olunub.Layihə 3 ay olmaqla Zərdab rayonunda həyata keçiriləcək.Layihənin məqsədi qələbənin təbliği,gənclər arasında vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onlarda qələbə tarixinin unudulmazlığının təmin olunması, gənclərə zəfərə aparan vətənpərvərliyi çatdırmaqdır.

Tədbirin təşkilində iştirak edən bütün aidiyyati təşkilatlara üz təşəkkürümüzü bildiririk.

 Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-img_0182image-img_0187image-img_0231image-img_0266image-img_0129

Şərhlər

Şərh yazılmayıb.