Huquqaz.com

Erməni vandalizminə məruz qalmış rayonun maddi-mədəni abidələri

03.10.2022
1.790
Erməni vandalizminə məruz qalmış rayonun maddi-mədəni abidələri

Erməni vandalizminə məruz qalmış rayonun maddi-mədəni abidələri

İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Buna görə də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir. Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparır.

Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılmış və ya erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilmişdir. İşğal illərində Azərbaycan torpaqlarında ermənilər azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesini həyata keçirirdilər. Ermənistan respublikasında bu gün də azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesi erməni vandalları tərəfindən davam etdirilmişdir. Erməni vandalları işğal müddətində Azərbaycan ərazilərindəki yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edərək Ermənistana daşıyırdılar. Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır.

 

Zərdab rayonÇallı kənd tam orta məktəbin müəllimi- Lətifli Tükəz

Şərhlər

Şərh yazılmayıb.