Huquqaz.com

Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir

26.10.2022
1.696
Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasında fəal iştirak edən ölkələrdəndir. İndiki halda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun artması həm də ölkəmizin regiondakı geosiyasi mövqeyinin daha da möhkəmlənməsi baxımından vacib hesab olunur. Hazırda Avropada enerji böhranı var. Rusiya və Ukrayna münasibətlərinin gərginləşməsi fonunda Avropanın mavi qaza tələbinin ödənilməsi xüsusilə müzakirə edilən məsələlərdəndir. Təbii ki, Azərbaycan Avropa bazarında hər hansı bir şirkətə və ya ölkəyə rəqib deyil. Azərbaycanın məqsədi Avropada daha dayanıqlı bazara mavi qazı çıxartmaq, bununla da həm mavi qaz ixracatını həyata keçirmək, həm də Avropanın xüsusilə də Cənubi, sonrakı mərhələdə Mərkəzi-Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasında daha yaxından iştirak etməkdən ibarətdir. Azərbaycandan mavi qaz alan ölkələrin enerji təhlükəsizliyində xüsusi bir töhfə olacaq. Avropada enerji böhranın davam etdiyini nəzərə alsaq Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun 2022-ci il daxil olmaqla növbəti illərdə daha da artacağı gözlənilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bu mövzu ilə bağlı fikirlərini bildirib: “İndiki dünyada mövcud olan geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırmışdır. Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı. Bu yaxınlarda Bolqarıstanda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılış mərasimində də mən bu barədə məlumat verdim ki, biz ötən il qaz ixracatımızı əvvəlki ilə nisbətən 40 faiz artırmışıq. Bu il təxminən 30-40 faiz artıracağıq. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir və biz buna getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – Alagöz Namazova

Şərhlər

Şərh yazılmayıb.