Huquqaz.com

Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq

26.10.2022
1.648
Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq

Bu gün dünyada baş verənlərin fonunda etibarlı tərəfdaş kimi Azərbaycanın rolu daha aydın görünür. Azərbaycan regional və qlobal miqyasda ayrı-ayrı xarici ölkələrlə, beynəlxalq təşkilatlarla milli maraqlar üzərində qurulan xarici siyasətini uğurla inkişaf etdirir. Respublikamızın qısa müstəqillik tarixində qarşılıqlı maraqlara əsaslanan sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır. Azərbaycan Avropanın mühüm enerji tərəfdaşıdır. Həmçinin son illərdə reallaşdırılan müxtəlif enerji layihələri ölkəmizlə beynəlxalq əməkdaşlığın dərinləşməsinə və Azərbaycanın dünya bazarında öz yerini tutmasına da zəmin yaradıb. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. Reallıq budur ki, Azərbaycan liderlik mövqeyini nümayiş etdirməklə Avropanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlətlər, xalqlar arasında körpü daha da möhkəmləndi, yeni tərəfdaşlar qazandı. Dövlət başçısı cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, Cənub Qaz Dəhlizinin reallaşması iqtisadi və siyasi imkanlarımızı daha da genişləndirəcək. Azərbaycan dövləti qitə dövlətləri üçün etibarlı tərəfdaş olması daim qeyd olunur. Prezident cənab İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edən önəmli layihədir. Hər bir layihənin uğurlu sonluqla başa çatdırılması yeni-yeni layihələrə yol açır ki, bunlar da ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini şərtləndirir. Hazırda Azərbaycanla Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələrin inkişafı enerji sektorunda özünün aydın ifadəsini tapıb.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

Şərhlər

Şərh yazılmayıb.