Huquqaz.com

Qubadlı şəhərinin azad edilməsi böyük qələbəni yaxınlaşdırdı

24.10.2022
1.699
Qubadlı şəhərinin azad edilməsi böyük qələbəni yaxınlaşdırdı

Vətən müharibəsi başlayanda xalqımız birlik nümayiş etdirərək ərazimizin bütövlüyü uğrunda döyüşə atıldılar. Bir neçə həftə ərzində artıq qəhrəman oğullarımız Cəbrayılı, Füzulini, Zəngilanı işğaldan azad etdilər. Artıq yolumuz Qubadlıya idi. Qubadlının işğaldan azad edilməsi xüsusi peşəkarlıq tələb edirdi. Çünki bu ərazilər coğrafi baxımdan həm Ermənistanla sərhəd idi ,həm də çətin keçilən yüksəklikləri var idi. Əvvəlcə strateji əhəmiyyətli yüksəkliklər ələ keçirildi. Bundan sonra Azərbaycan silahlı qüvvələri Qubadlı şəhərini düşməndən təmizlədilər. Qubadlının azad olunması artıq böyük qələbəni yaxınlaşdırırdı. Həqiqətən də sonrakı həftələrdə Şuşanın azad olunması Ermənistanı məğlub olma aktına qol çəkməsi ilə nəticələndi.

2020-ci il Noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Qubadlı uğrunda gedən döyüşlərdə Azərbaycanın Aprel Zəfərinin Milli Qəhrəmanı həm də Qubadlı sakini olan Şükür Həmidov Qəhrəmancasına şəhid oldu.Ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”medalı, “Fizulinin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə”medalı,”Qubadlının azad olunmasına görə”medalı ilə təltif edildi .

Allah Bütün Şəhidlərimizə Rəhmət Eləsin .

 

Zərdab rayon Qaravəlli kənd tam orta məktəbin müəllimi- Xəyalə Abdulxalıqo

Şərhlər

Şərh yazılmayıb.