Bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar
Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur. Cənab Prezident mərasim iştirakşılarına Ağdam və digər işğala məruz qalmış ərazilərdə işğalçı ermənistan ordusu tırıfindən törədilən bəşəri cinayətlər, vandalizm aktları və dağıntılar barədə məlumat vermişdir.
Qeyd olunub ki, Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb. 30 il ərzində daşları birbir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb.
Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb.
Qarabağda, Şərqi Zəngəzurda həyata krçirilən genişmiqyaslı tikinti-bərpa işləri barədə danışan cənab Prezidentimiz bildirmişdir ki, hazırda Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın müxtəlif bölgələrində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayır. Artıq Böyük Qayıdış proqramı başlayıb. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi qürurvericidir. Bu Azərbaycan cəmiyyətində xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir. Ağdam şəhərində min yerlik məktəb tikilir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanmış Böyük Qayıdış Proqramının icra tempi göstərir ki, keçmiş məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqlar.
Zərdab rayon Yuxarı Seyidlər kənd tam orta məktəbin direktoru– Qabil Məmmədov
Şərh yazılmayıb.