Huquqaz.com

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb

22.10.2022
2.177
Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb

İkinci Qarabağ müharibəsinin  ilk saatlarından  qardaş  Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini  ifadə etdi. Qardaş dövlətin rəhbəri müharibənin ilk saatlarından bildirmişdir ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək  müharibənin son gününə qədər davam etdi. Bu, həm də bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını aldı. Eyni zamanda,  Azərbaycan-Türkiyə birliyinə heç bir qüvvə tərəfindən  xələl gətirilə bilməməsi barədə dünyaya bir mesaj idi.  Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün dünya ictimaiyyəti bərpa edilən, yenidən qurulan  Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyinin şahididir.

İkinci Qarabağ müharibəsindən sonra da  Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha  yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və zəmanəmizin tələbidir. Ölkəmizə səfəri zamanı açılış mərasimində iştirak edən qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci hava limanının açılışını yüksək qiymətləndirdi.  Dedi ki, ikinci hava limanını, həqiqətən, müasir dünyanın müşahidə etdiyi şəkildə ən müasir hava limanlarından biri olaraq açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyildir.  Ermənilərin viranə qoyduqları əraziləri göstərən qardaş ölkə  Prezidenti  dedi ki, “görəsən ATƏT, Avropa İttifaqı buralara niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər”. Hər bir Azərbaycanlının dəstəyi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda və Şərq Zəngəzurda yenidənqurma, tikinti-bərpa işləri geniş vüsət alıb. Yaxın gələcəkdə Qarabağ əvvəlkindən də cəlbedici olacaq.

 

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.