Azərbaycan xalqının tarixi Qələbəsi
Azərbaycan xalqının tarixi Qələbəsi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən dörd il ötür. 2020-ci il noyabr tarixində 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir.Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynamış, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. 8 Noyabr – Zəfər Günüdür. Zəfər Günümüz mübarək olsun! 8 Noyabr – yaddaşımızdan silinməyəcək bir Tarix. Qəhrəman Ordumuz Vətən Müharibəsinin 44 günündə misilsiz Qələbə qazandı! Torpaqlarımızın 30 illik işğalına son qoyuldu və Vətənimizin ərazi bütövlüyü bərpa edildi ! Bizə qürur dolu bu tarixi bəxş edən dövlətimizə, yenilməz Azərbaycan Ordusuna Vətən uğrunda canından keçən Şəhidlərimizin ruhuna əbədi borcluyuq. Müzzəfər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuzun şücaəti ilə qürur duyuruq! Allah Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı və uzun ömr versin! Zəfər Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmışdır.
Zəfərin mübarək, Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Var olsun Rəşadətli Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru-Məkkə Həmidova
Azərbaycan xalqının tarixi qələbəsi.
Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ni işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi. Ermənistan tərəfi, sadəcə olaraq vaxt udmaq istəyir status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışırdı. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu. Azərbaycan ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks hücum əməliyyatı işə düşdü. “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4il ərzində tədricən işğal etdiyi və 30ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu.
Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəmanları daim xüsusi ehtiramla yad edir. Qarabağ Azərbaycandır!
Zərdab rayon Hüseynxanli kənd ümumi ortaməktəbin direktor müavini-Bayramova Rəşanə
Şərh yazılmayıb.