Huquqaz.com

Mina terroru və snayper terroru davam edir

17.10.2022
1.669
Mina terroru və snayper terroru davam edir

Zaman-zaman xalqımıza ermənilərin ssenarisi ilə vurulan zərbələr az olmayıb.  Dözülməz faktdır ki, ermənilər törətdikləri vəhşilikləri ən yüksək səviyyədə bəyan edir, bunu qürürla dillərinə gətirir. Onlar yaşlıları, qadınları, uşaqları necə qəddarlıqla öldürdüklərindən fəxarətlə bəhs edirlər. XX əsrdə ermənilərin xalqımıza qarşı törətdikləri qətliamlar 1917, 1937-ci illərdə də davam edir. İkinci Dünya müharibəsindən sonra ermənilər xalqımıza qarşı real qətllərlə yanaşı, həm də ideoloji müharibəni həyata keçirirdilər. Azərbaycanda xüsusi hazırlıq keçərək körpələrimizin ölməsini təşkil ediblər.  1988-ci ildən sonra Azərbaycana yenidən ərazi iddiaları ilə çıxış edən ermənilərin  həmin illərdə həyata keçirdikləri deportasiya, işğalçılıq və soyqırım siyasəti yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması ilə nəticələndi və xeyli dinc sakinlərimiz qətlə yetirildi. Birinci Qarabağ müharibəsi zamanı 1990-cı illərdə ermənilər tərəfindən xeyli minalanmış ərazilər var idi. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib. Bu cinayətlərin sırasında ərazilərin minalanması da əsas yer tutur. 44 günlük vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistanın mina məsələsi ilə bağlı addımları onu göstərir ki, düşmənçilik niyyətindən əl çəkməyib, əsas məqsədlərindən də biri daha çox mülki şəxsin ölümünə nail olmaq və işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasına maneəçilik törətməkdir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

Şərhlər

Şərh yazılmayıb.