Huquqaz.com

Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi

14.06.2022
1.629
Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi

Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi.

 

Tarixə nəzər yetirsək görərik ki, 1991-ci ilin 18 oktyabr tarixində  dövlət müstəqilliyini bərpa edən ölkəmiz çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü. Hakimiyyətdə baş verən proseslər, daxili çəkişmələr, digər tərəfdən də Azərbaycan torpaqlarının mənfur düşmənlərimiz tərəfindən işğal olunması, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətdə ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. Xalqın çağırışına səs verərək Ulu öndər Heydər Əliyevin iyunun 15-də siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində mühüm rol oynadı. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu.  15 iyun Qurtuluş günü Azərbaycanın tarixinin dönüş günü olmaqla yanaşı, ölkənin hərtərəfli inkişafına, dünyaya inteqrasiyasına, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə yönələn yeni bir mərhələnin başlanğıcı olmuş oldu.

 

Kamal Xəlilov

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.