Erməni vandalizmi
30 ilə yaxın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar Azərbaycan Ordusu tərəfindən erməni işğalçılarından təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxdı. Məqsəd isə qədim Azərbaycan torpaqlarından xalqımızın irsini, tarixini silmək, saxta bir tarix yaratmaqdır.Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub. Kəlbəcər rayonu Tarix Muzeyinin nadir eksponatları, o cümlədən eramızdan 3000 il əvvəlki dövrə aid qızıl və gümüş əşyaları, Laçın rayonunun Tarix Muzeyi, onun qədim pul sikkə kolleksiyası, 5000-ə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, 1000-ə yaxın eksponatı olan Qarabağ Dövlət Tarix Muzeyi, dünyada ikinci olan Ağdam Çörək Muzeyi, 300-dən çox əşyası olan Azərbaycan professional musiqisinin banisi bəstəkar Üzeyir Hacıbəyovun Ev Muzeyi, 400-dək əşyası olan Azərbaycan klassik vokal musiqisinin banisi Bülbülün Ev Muzeyi, 1000-dən çox eksponatı olan Mir Mövsüm Nəvvabın Ev Muzeyi, əvəzolunmaz tarzən Qurban Pirimovun Memorial Muzeyi, 2000-ə yaxın əşyası olan Qubadlı, 6000-ə yaxın eksponat və əşyası olan Zəngilan, Cəbrayıl, Füzuli muzeyləri və s. qarət edilərək dağıdılıb. Erməni işğalçıları Ağdam rayonundakı Milli Tarix Muzeyinin eksponatlarını (2 mindən çox), Qubadlıdakı Milli Tarix Muzeyini (3 mindən çox), Zəngilan rayonundakı Milli Tarix Muzeyini (təxminən 6000 əşya) talan ediblər. Qəbələ, Füzuli və Xocalı rayonlarında Milli Tarix Muzeyləri də dağıdılaraq yerlə-yeksan edilib. Tarixdə bütün dünyaya da məlumdur ki, Azərbaycan həmiş bütün dinlərə, dillərə və xalqlara hörmətlə yanaşmış, onları qorumuşudur.Ermənistan Respublikası dövlət olaraq işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti daşıyır.Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanuna zidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur.Bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür.
Zərdab şəhər 1 saylı məktəb liseyin müəllimi- Çinarə Fərəcova
Şərh yazılmayıb.