28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Prezidentimiz cənab İlham Əliyev iclasda çıxış edərək əvvəlcə bizim regionda yaranan vəziyyətlə bağlı həmkarlarını məlumatlandırdı.
Prezidentimizin çıxışındakı vacib məqamlardan biri ATƏT-in Minsk Qrupu və onun 28 illik fəaliyyətinə verilən qiymət idi. Prezidentimiz növbəti dəfə açıq mətnlə bildirdi ki, Minsk Qrupunun bu illər ərzindəki fəaliyyəti sıfıra bərabər olub və onların məqsədi münaqişənin nizamlanması yox, onun dondurulmasından ibarət olub. Həqiqətən də Azərbaycan cəmiyyəti keçən dövr ərzində Minsk Qrupunun cinayətkar fəaliyyətsizliyindən çox əziyyət çəkib.
Prezdientimiz cənab İlham Əliyev digər bir bəyanatı minalanmış ərazilərlə bağlı oldu. Mina terrorunun davam etdiyini deyən prezidentimiz İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşının minaların partlaması nəticəsində həlak olması və yaralanması ilə bağlı məlumat verdi. Prezidentin təkcə Laçında piyada əleyhinə 1400 minanın aşkarlanması haqda məlumatı və həmin minaların 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılmasını qeyd etməsi isə Ermənistan tərəfindən insanlıq əleyhinə cinayətlərin davam etməsinin ən bariz sübutudur. Belə ki, bu minalar faktiki olaraq müharibənin başa çatmasından sonra, Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi ilə Laçın şəhərinin və ətraf kəndlərin boşaldılması ərəfəsində basdırılıb. Bu isə faktiki olaraq həmin ərazilərə nəzarətimizi bərpa edən əsgər və zabitlərimizlə yanaşı, orada bərpa-quruculuq işləri aparan mülki insanımızın da həyatını təhlükə altında qoymaq deməkdir.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük. Prezidentimiz çıxışında xüsusi maraq doğuran ən vacib məsələlərdən biri də Fransanın pozuculuq fəaliyyəti və Makronun açıqlamalarına verdiyi cavab oldu. “Fransa heç vaxt Ermənistanı atmayacaq. Necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.
Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi-Kəmalə Məmişov
Şərh yazılmayıb.