Huquqaz.com

Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığı

14.10.2022
1.929
Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığı

Füzuli şəhəri və rayonun böyük hissəsi 1993- cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Füzulinin işğal olunması ilə dünya növbəti erməni vandalizminin klassik nümunəsinin şahidi olmuşdur. İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulmuşdu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin düşmüşdü. İyrimi yeddi il ərzində düşmən daşı daş üstündə qoymamışdı. Düşmən Füzulidə yalnız qarnizon yaratmışdı ki, ətrafları da bununla təmin edirdi. Azərbaycanın şanlı ordusu 1993-cü il 23 avqust işğal tarixinin üstündən xətt çəkərək, üzərinə qızıl hərflərlə 2020-ci il 17 oktyabr zəfərini yazdı. Bəli, ordumuz Füzuli şəhərini öz sahiblərinə qaytardı və 27 il düşmən tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edildi. Füzulinin işğaldan azad olunması Qubadlı və Zəngilanın azad edilməsi üçün böyük imkanlar açırdı. 2020-ci il Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri idi. Füzulinin azad edilməsi hərbicilərimizin böyük peşəkarlığı, mərhəməti və fədakarlığı sayəsində mümkün oldu. Otuz il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış mütəxəssislərin belə, Füzulinin işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan ordusu mümkünsüzü mümkünə çevirdi. Ordunun peşəkarlığı və mərdliyi qarşısında qorxuya düşən ermənilər Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdılar.

Müzəffər Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və sücaət göstərmiş 25301 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı.

 

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Rüstəmova Aliya

Şərhlər

Şərh yazılmayıb.