Azəriqazın borcunun pik həddə çatmasının səbəbləri məlum oldu
Məlumat üçün bildiririk ki, bu yaxınlarda Banker.az xəbər saytında Azərbaycanda ölkə daxilində təbii qaz paylayıcısı “Azəriqaz” İB-nin ona qaz satan Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC-yə olan borcu haqqında məlumat dərc olunmuşdur.
Xəbərdə bildirilir ki, “Azəriqaz”ın “Azərkontrakt”a borcu 1 yanvar 2024-cü il tarixinə 111.51 milyon manatdır.
Bu keçən ilin əvvəlində 71.27 mln. manat idi.İtkilər əvvəlki illərə nisbətən dəfələrlə artıb!
Bu barədə “Hüquqaz” saytı olaraq araşdırmalara başladıq.
Məlum oldu ki, borcun pik həddə çatmasının səbəbi uğursuz və baş tutmayan layihələrə ayrılan külli miqdarda vəsaitlər, Azəriqaz rəhbərliyinin Quba “Rixsos” otelində 3 gün gecələməklə keçirdiyi mötəbər iclasları, “Qazandım” layihəsi altında özlərinə yazılan əmək haqqılar, mükafatlar kimi səbəblərdir.
Azər Məmmədova sual veririk ki, bəs bu qara fəhlə təbəqəsi hansı ki, əlavə saat hesabı yazılmadan qanuna zidd şəkildə altı və bazar günləri istismar edildikləri halda niyə onlara əlavə mükafat və iş saatları yazılmır?
Azəriqaz rəhbərliyi hansı pulla keçirilən iclasları Quba Rixsosda keçirir?
Bir faktıda nəzərinizə çatdırmaq istəyirik ki, Azəriqaz İB-nin müavini Nail Abdullaev Badamdardaki birinci villasını icarəyə verməklə, Mərdəkanın ən prestij sayılan yerlərlərin birində aldığı yeni villasına köçmüşdür.
Bəs pulunu necə ödəsin?
Araşdırmalarımız onu göstərdi ki, Azəriqaz İB-nin borcunun pik həddə çatması heçdə səbəbsiz yerə yaranmayıb.
Yuxarıda qeyd olunan sualların cavabını ümid edək ki, Azəriqaz İB-nin baş direktoru Azər Məmmədov cavabsız qoymayacaq.
Məsələyə bir daha qayıdacayıq!
Şərh yazılmayıb.