Huquqaz.com

Zəfər yolu

07.11.2022
2.277
Zəfər yolu

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Quvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşın ideya qayəsi, qələbəyə səsləyən sərkərdə çağırışı oldu. 44 günlük müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünü təsdiqi kimi qəbul edildi. Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın. Nəticədə biz məqsədimizə nail olduq. Azərbaycanın şanlı tarixinə daha bir Zəfər Günü yazıldı. Bununla da mənfur düşmənlərimizin öz doğma yurdundan uzaq saldığı qarabağlıların yurd həsrəti bitdi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrinini yazdı. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə, platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmış və bu işin səmərəsi olmuşdur. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycan ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycan haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı  təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpaqlarımızdır.

 

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin müəllimi Asim Xəlilov

Şərhlər

Şərh yazılmayıb.